• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ana səhifə
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Sosial
  • Dünya
  • İdman
  • Mədəniyyət
  • Bölgə
  • Müsahibə
  • Texnologiya
  • Ana səhifə
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Sosial
  • Dünya
  • İdman
  • Mədəniyyət
  • Bölgə
  • Müsahibə
  • Texnologiya

Zəngəzur dəhlizi - Azərbaycanın haqlı olduğu daha bir layihə - ŞƏRH

Bölgə

30-01-2025, 17:29

Zəngəzur dəhlizi - Azərbaycanın haqlı olduğu daha bir layihə - ŞƏRHZəngəzur yolu regional və qlobal əhəmiyyətli bir ideyadır. Bu layihənin təşəbbüsçüsü Azərbaycandır.

Ona qarşı çıxanlar regional əməkdaşlığa, təhlükəsizliyə, qarşılıqlı etimadın yaranmasına, möhkəmlənməsinə, iqtisadi əlaqələrin coğrafiyasının genişlənməsinə mane olmağa səy göstərənlərdir. Bir sıra hallarda isə onlar təşəbbüskar olmadıqları üçün layihənin reallaşmasına qısqanclıqla yanaşır, müxtəlif adda planlar təqdim edirlər.

Prezident İlham Əliyev yanvarın 28-də nəqliyyat məsələlərinə həsr olunmuş müşavirədə çıxışı zamanı Zəngəzur yolundan da danışıb. O bildirib ki, Zəngəzur dəhlizi layihəsi Azərbaycan tərəfindən irəli sürülüb. Prezident İkinci Qarabağ müharibəsində Azərbaycanın Zəfərindən sonra onun beynəlxalq gündəliyə, beynəlxalq leksikona salındığını, artıq dünyada qəbul edilmiş ifadə, qəbul edilmiş termin olduğunu vurğulayıb: “Əlbəttə ki, biz bu dəhlizin açılması üçün praktiki addımlar atırıq”.

Onun sözlərinə görə, Ermənistan tərəfi dörd ildən çoxdur, bu məsələ ilə bağlı qeyri-konstruktiv mövqe sərgiləyir.

Dövlət başçısı Naxçıvana lazım olan ehtiyacların müxtəlif yollarla təmin edildiyini qeyd edib: “Amma onlar iqtisadi cəhətdən daha əlverişsizdir və yol da uzanır”.

Prezident İran ilə Araz çayının üstündə avtomobil körpüsünün tikintisinin icra edildiyini və bu il tamamlanacağını nəzərə çatdırıb.Birinci körpü Zəngilan rayonu, ikinci isə Naxçıvan ərazisindən keçəcək.

Zəngəzur dəhlizinin əhəmiyyətini, mahiyyətini azaltmaq üçün Ermənistan və İran müxtəlif iddialarla çıxış edir. Bu məsələdə rəsmi İrəvan Tehranla birlikdə “Şimal-Cənub”, “Sülh kəsişməsi” kimi reallaşması mümkün olmayacaq layihələr irəli sürərək Azərbaycan ərazisindən keçəcək Şimal-Cənub dəhlizi və Zəngəzur yoluna alternativ yaratmağa çalışır.

Cənubi Qafqazdakı hadisələr, Azərbaycan-Gürcüstan-Türkiyə əlaqələri onların təşəbbüslərinin yerində sayacağını deməyə əsas verir.

Ermənistan iqtisadi cəhətdən dünyanın heç bir ölkəsi üçün cəlbedici sayılmır. Heç bazar kimi də əlverişli deyil. Digər tərəfdən isə o, dalandır. Ermənistan dalanından erməni cəmiyyəti belə qaçmağa çalışır. Yeri gəlmişkən, ABŞ-də qanunsuz yaşayan üç minə yaxın erməninin deportasiya edilməsinin nəzərdə tutulması da bu ölkədəki siyasi-ictimai və iqtisadi vəziyyətin göstəricisi sayıla bilər.

Azərbaycan lideri Ermənistanın tranzit dövlət olması istəyinə də münasibət bildirərək deyib: “Ermənistan bundan sonra da dalan ölkə kimi davam edəcək və onların tranzit ölkəyə çevrilmə arzuları elə onların gözlərində qalacaq. Özləri daha çox itirəcəklər, nəinki biz. Ona görə bu məsələ diqqət mərkəzində olacaq və həm beynəlxalq müstəvidə, həm Ermənistanla ikitərəfli təmaslar əsnasında biz daim bir məsələni qeyd edirik ki, Azərbaycandan Azərbaycana maneəsiz keçid olmalıdır. Heç bir yoxlamadan keçmədən, heç bir maneə ilə üzləşmədən Azərbaycandan Azərbaycana rahat və azad keçid olmalıdır. Bu, bizim tələbimizdir və nəzərə alsaq ki, Qərbi Zəngəzuru sovet hakimiyyəti bizim əlimizdən 1920-ci ilin noyabrında alıb və Azərbaycan xalqına qarşı cinayət törədib, bu, birinci və sonuncu cinayət deyildi”.Prezident bununla beynəlxalq ictimaiyyətə, qonşu dövlətlərə və Ermənistan rəhbərliyinə xatırlatma edib. Çünki Azərbaycanla Ermənistan arasında sərhədlər müəyyənləşmədən Qafanda konsulluq açanlar və açmaq niyyətində olanlar var. İki ölkənin şərti sərhədində isə Avropa İttifaqının Mülki Müşahidə Missiyası yerləşdirilib. Ötən gün onun həmin ərazidə qalması müddəti daha iki il uzadılıb.

Prezident Azərbaycana qarşı törədilən cinayətləri də ardıcıllıqla qeyd edib. O, ölkə ərazisində qondarma “Dağlıq Qarabağ Muxtar Vilayəti”nin yaradılması, bundan əvvəl ermənilərin çar Rusiyası tərəfindən Azərbaycan ərazisinə köçürülməsi, Qarabağ xanının öldürülməsindən bəhs edib. Dövlət başçısı Azərbaycana qarşı 20-ci əsrdə törədilən cinayətlərin də göz önündə olduğunu bildirib: “Xocalı soyqırımı, 20 Yanvar və torpaqlarımızın 1990-cı illərin əvvəllərində işğalı. Yəni, biz bunu unutmamışıq, Azərbaycan xalqı bunu unutmayıb. Biz Zəngəzuru unutmamışıq və unutmayacağıq”.

Azərbaycan Prezidenti Zəngəzur dəhlizinin reallaşmasına mane olanlara tarixi faktları xatırlamaqla rəsmi Bakının regional məsələlərlə bağlı yürütdüyü siyasətin, energetika, nəqliyyat layihələrinin öz töhfəsini verdiyinə də işarə edib.

Qərbi azərbaycanlıların Ermənistan vətəndaşı olaraq hüquqları pozulub. Rəsmi Bakı 300 minə yaxın azərbaycanlının tapdanmış hüquqlarının bərpasını tələb edəndə Ermənistan və havadarları guya Azərbaycanın bu respublikaya ərazi iddiası ilə çıxış etdiyi kimi cəfəng iddialar irəli sürülür.Zəngəzur dəhlizi layihəsi gündəliyə gələn gündən onun əleyhdarları “sərhədlərin toxunulmazlığı”, “ərazi bütövlüyü”, “Ermənistanla tarixə əlaqələr” kimi boş, mənasız, əsassız iddialar irəli sürməyə başlayıblar.

Dövlət başçısı onlara bir daha cavab verib: “Yenə də deyirəm, bizim Ermənistana ərazi iddiamız yoxdur. Ancaq Ermənistan öz üzərinə götürdüyü öhdəlikləri yerinə yetirərək Azərbaycandan Azərbaycana maneəsiz keçid verməlidir”.

Prezident bununla Ermənistanın 44 günlük Vətən müharibəsindən sonra - 2020-ci il noyabrın 10-da üzərinə götürdüyü şifahi və yazılı öhdəliklərə əməl etməsini vurğulayıb.

Zəngəzur yolunun açılması Ermənistanın da regional və qlobal əhəmiyyətinin artmasına təsir göstərər. Bu onu dalandan çıxarıb, ölkəyə coğrafi mahiyyət verər.Gürcüstanın Azərbaycan və Türkiyə ilə əməkdaşlığına diqqət yetirmək kifayətdir. Bu ölkədən tranzit olaraq energetika xətləri, yol-nəqliyyat marşrutları keçir.

Prezident İlham Əliyev müşavirədə çıxışı zamanı deyib ki, Amerikanın Avropadakı müttəfiqləri Bakı-Tbilisi-Qars dəmir yoluna çox böyük maraq göstərirlər: “Bu, bizim üçün strateji layihədir və gələcəkdə bu layihədən digər ölkələr, o cümlədən onların müttəfiqləri də faydalanacaq. Həyat göstərdi ki, hər zaman olduğu kimi, biz haqlı idik”.

Hazırda Zəngəzur dəhlizi Ermənistanın nicat yoludur. Bu onun müstəqilliyi, suverenliyinin təminatı olar bilər. Onun asılılığını azaldar və s.

Vaxtilə Azərbaycanın həmmüəllif olduğu neft, təbii qaz və nəqliyyat layihələrinin reallaşmasına da indi ona ən yaxın dost kimi görünənlər mane olurdu. Ancaq onların hamısı həyata keçdi və rentabelli işləyir. Ona görə Zəngəzur dəhlizinə qarşı çıxanlar da Azərbaycanın haqlı olduğunu etiraf edəcəklər. Bu layihə də reallaşacaq...

Paylaş:
Digər xəbərlər

Siyasət

10-01-2025, 12:25

Prezident yerli televiziya kanallarına müsahibəsində anti-Azərbaycan mövqey ...

Müsahibə

8-01-2025, 11:37

Prezident İlham Əliyev: Ermənistanın silahlanması yeni gərginliyə gətirib ç ...

Siyasət

25-09-2023, 16:51

Azərbaycan Prezidenti: “Ermənistanın Naxçıvana qarşı ərazi iddiaları var id ...

banner

24-01-2023, 15:04

Daşkənd Kommünikesində Azərbaycanın Zəngəzur dəhlizi üzrə gördüyü işlər alq ...

Siyasət

8-11-2022, 18:27

İlham Əliyev: “Yenə də nəsə banlasalar, yenə də cavablarını verərəm”

Hadisə
Qazaxıstanın Nəqliyyat Nazirliyi AZAL-ın təyyarəsinin qəzaya uğraması ilə bağlı istintaqı davam etdirir
Bakıda evdə yanğın olub, mənzil sahibinin meyiti aşkarlanıb
Bakıda silahlı İNSİDENT: Ölən və yaralanan VAR
SON DƏQİQƏ: Türkiyəyə məxsus neft tankeri DRONLA VURULDU
Sumqayıt şəhərində tonqalda baş berən partlayış zamanı xəsarət alanların kimliyi məlum olub - YENİLƏNİB-3
TƏCİLİ! Xəzər dənizindəki İran gəmiləri vuruldu
Cəmiyyət
Dünən, 10:33
Bazar günü keçiriləcək imtahanlarda sağlamlıq imkanları məhdud 42 şagird iştirak edəcək
6-05-2026, 11:00
Bu gündən uşaqların I sinfə qəbulu başlayır
1-05-2026, 16:27
"Bakı Marafonu 2026" ilə əlaqədar bəzi yollarda hərəkət tam məhdudlaşdırılacaq
19-04-2026, 14:40
Sabah Bakıya yağış, bəzi rayonlara qar yağacaq, dolu düşəcək
18-04-2026, 09:45
Bu gündən Kürdəmir dəmiryol stansiyası istifadəyə verilib
16-04-2026, 09:09
Bu gün Maştağa və Ramanada işıq kəsiləcək
Son xəbərlər
  • Bu gün, 10:26
    Azərbaycanda GSNP-nin ilk Baş Assambleyası keçirilir
  • Bu gün, 10:25
    Sahibə Qafarova Buxarada II Asiya Qadınlar Forumunda iştirak edəcək
  • Bu gün, 10:24
    Elçin Əmirbəyov Kambocaya səfər edib, bir sıra görüşlər keçirib
  • Bu gün, 10:23
    YAP ilə Çin Kommunist Partiyası arasında əməkdaşlıq məsələləri müzakirə olunub
  • Bu gün, 10:17
    Görkəmli arxeoloq Fazil Osmanovun 90 illik yubileyi qeyd edilib
  • Bu gün, 10:17
    Azərbaycan səfiri etimadnaməsini Yaponiya İmperatoruna təqdim edib
  • Bu gün, 10:15
    İran: ABŞ-nin Hörmüz boğazı ilə bağlı qətnaməsinə dəstək üçün ölkələrə təzyiq göstərilib
  • Bu gün, 10:15
    Azərbaycan və Suriya Bakıda keçiriləcək WUF13 çərçivəsində dayanıqlı şəhərsalma məsələlərini müzakirə edəcək
  • Dünən, 15:18
    Azərbaycan və Slovakiya parlamentləri arasında anlaşma memorandumu imzalanıb
  • Dünən, 15:17
    Sahibə Qafarova: Raşinin Azərbaycana səfəri Slovakiya ilə yüksək əlaqələrin göstəricisidir
  • Dünən, 15:16
    İlham Əliyev və Rixard Raşi Bakıda Slovakiya biznesi üçün yeni imkanları müzakirə ediblər
  • Dünən, 15:16
    İlham Əliyev Slovakiya Milli Şurasının sədrini qəbul edib
  • Dünən, 10:36
    Çin və ABŞ nümayəndə heyətləri iqtisadi və ticarət məsələlərini müzakirə edib
  • Dünən, 10:34
    Bakı, Astana və Daşkənd "UEW 2026" çərçivəsində "yaşıl enerji" dəhlizinin inkişafını müzakirə edib
  • Dünən, 10:34
    Bu gün "Bakı–Xankəndi" Azərbaycan velosiped yarışının dördüncü mərhələsi keçiriləcək
  • Dünən, 10:33
    Bazar günü keçiriləcək imtahanlarda sağlamlıq imkanları məhdud 42 şagird iştirak edəcək
  • Dünən, 10:32
    Azərbaycanda 4 ayda 160 mindən çox "ASAN İmza" sertifikatı verilib
  • 12-05-2026, 12:31
    Xocavənd rayonuna daha 18 ailə yola salınıb
  • 12-05-2026, 12:30
    Azərbaycanla Vatikan səhiyyə və pediatriya sahəsində əməkdaşlığı müzakirə edib
  • 12-05-2026, 12:29
    Parlamentdə İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatı müzakirə olunur
  • 12-05-2026, 12:28
    Sahibə Qafarova: Son 23 il Azərbaycanın həyatına dinamik, hərtərəfli inkişaf dövrü kimi daxil olub
  • 12-05-2026, 12:27
    Azərbaycan mədəni irs sahəsində qlobal innovasiya liderləri sırasında yer alıb
  • 12-05-2026, 12:25
    Prezident İlham Əliyev BP şirkətinin baş icraçı direktorunu qəbul edib
  • 12-05-2026, 10:25
    Umayra Tağıyeva əhalini ekoloji aksiyalarda iştiraka çağırıb
  • 12-05-2026, 10:09
    Vaşinqtonda Heydər Əliyevin xatirəsinə həsr olunmuş şahmat turniri təşkil edilib
  • 12-05-2026, 10:08
    İraq və İran sərhəd nəzarətini gücləndirəcək
  • 12-05-2026, 10:08
    Hakan Fidan Dohada HƏMAS üzvü ilə görüşüb
  • 12-05-2026, 10:07
    Nyu-Yorkda Heydər Əliyevin 103 illiyi münasibətilə şahmat turniri keçirilib
  • 10-05-2026, 10:35
    Dövlət və hökumət rəsmiləri Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət ediblər
  • 10-05-2026, 10:33
    Ombudsman: Ulu Öndər Heydər Əliyevin hüquq siyasətində insan amili daim mərkəzdə dayanıb
  • 10-05-2026, 09:21
    İlham Əliyev: Ümummilli Lider Heydər Əliyev bugünkü Azərbaycanı görsəydi, şad olardı
  • 10-05-2026, 09:16
    Mehriban Əliyeva: Dahi şəxsiyyətin nurlu, əziz xatirəsi qəlbimizdə daim yaşayacaqdır
  • 10-05-2026, 09:13
    Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümüdür
  • 9-05-2026, 11:45
    Yol polisi qeyri-iş günləri ilə bağlı hərəkət iştirakçılarına müraciət edib
  • 9-05-2026, 11:44
    Kiyevdə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü qeyd edilib
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Təsisçi: Amil Əliyev
  • Tel: (+99450) 227 24 22
  • Ana səhifə
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Sosial
  • Dünya
  • İdman
  • Mədəniyyət
  • Bölgə
  • Müsahibə
  • Texnologiya
Müəllif hüquqları qorunur. Memur.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Yükləmə gedir gözləyin...