Polis istirahət zonalarında fasiləsiz xidmət aparır
bolge
20-08-2023, 13:45
201

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən bildirilib ki, ictimai qaydanın və ictimai təhlükəsizliyin etibarlı təminatı məqsədilə polis əməkdaşları tərəfindən xidmət təşkil olunub.
Qeyd olunub ki, respublikanın bütün turizm zonalarına, o cümlədən su hövzələrinə və digər istiqamətlər üzrə hərəkətin fasiləsizliyi təmin olunmaqla, naryad qrupları ərazilərə təhkim olunub.
Köməyə ehtiyacı olan şəxslərə çağırışlar üzrə operativ köməkliklər göstərilir.