Xalq artisti Elmira Şabanova 86 yaşında vəfat edib.
Bu barədə "Memurtv.az"a mərhum aktrisanın qızı Leyla Şabanova məlumat verib.
Mərhumla vida mərasimi sabah saat 11:00-da Təzəpir məscidində olacaq.
Qeyd edək ki, Elmira Balahüseyn qızı Şabanova 1 noyabr 1940-cı ildə Bakıda anadan olub. O, "Azərbaycanfilm" kinostudiyasında 30-a yaxın bədii filmdə rol alıb.



