
Rusiya ordusu noyabrın 20-nə keçən Ukraynanın paytaxtı Kiyevi ballistik raketlərlə atəşə tutub.
“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı şəhərin meri Vitaliy Kliçko açıqlayıb.
Hadisə nəticəsində 3 nəfər həlak olub, daha 2 nəfər isə yaralanıb.
Bununla yanaşı, zərbə nəticəsində Ukrayna paytaxtında 3 körpüyə zərər dəyib.

