Litvanın bir şirkəti Araz iqtisadi zonasında kifayət qədər böyük mebel istehsalı sahəsi ilə məşuldur, 50 milyon manatlıq investisiya yatırılıb.

"Memurtv.az"ın məlumatına görə, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Bakıda litvalı həmkarı Kestutis Budris ilə birgə mətbuat üçün brifinqdə deyib.

"Şərq-Qərb Orta Dəhlizi, onun üzərində yerləşən Ələt Azad iqtisadi zonası, o cümlədən azad olunmuş ərazilərdəki sənaye parkları barədə də fikir mübadiləsinin aparılmasını faydalı hesab edirik", - deyə nazir vurğulayıb.