Xalq artisti Elmira Şabanova vəfat edib

Bu gün, 21:28

Xalq artisti Elmira Şabanova 86 yaşında vəfat edib.

Bu barədə "Memurtv.az"a mərhum aktrisanın qızı Leyla Şabanova məlumat verib.

Mərhumla vida mərasimi sabah saat 11:00-da Təzəpir məscidində olacaq.

Qeyd edək ki, Elmira Balahüseyn qızı Şabanova 1 noyabr 1940-cı ildə Bakıda anadan olub. O, "Azərbaycanfilm" kinostudiyasında 30-a yaxın bədii filmdə rol alıb.

Mənbə: https://memurtv.az/medeniyyet/20286-xalq-artisti-elmira-shabanova-vefat-edib.html