Azərbaycan və Çin arasında ikili diplom proqramları çərçivəsində əməkdaşlıq müzakirə olunub.

Bu barədə "Memurtv.az"a Elm və Təhsil Nazirliyindən məlumat verilib.

Bildirilib ki, müzakirə noyabrın 25-də elm və təhsil naziri Emin Əmrullayevin Çinin Pekin Kimya Texnologiya Universitetinin Şura sədri və Partiya Komitəsinin katibi Li Nan ilə görüşündə baş tutub.

Görüş çərçivəsində Pekin Kimya Texnologiya Universiteti ilə Azərbaycanın ali təhsil müəssisələri arasında mövcud əlaqələr, xüsusilə hazırda həyata keçirilən beynəlxalq ikili diplom proqramları çərçivəsində əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə olunub.