Azərbaycan ADEX-2026 sərgisində Türkiyənin "Baykar" şirkəti ilə uzaqmənzilli MIZRAK kamikadze dronunun tədarükünə dair saziş imzalayıb və bu modelin məlum olan ilk xarici alıcısı olub.
"MemurTv.az" "TURDEF"ə istinadən xəbər verir ki, "MIZRAK" radar hədəfləmə sistemi ilə təchiz edilə bilər.
Dron "SİVRİSİNEK" və "K2" modellərindən sonra təqdim edilib. Hər üç aparat "Baykar"ın birdəfəlik istifadə üçün nəzərdə tutulan uzaqmənzilli zərbə pilotsuz uçuş aparatları xəttinə daxildir.
"MIZRAK"ın malik olduğu modul konstruksiya onun həm də antiradar döyüş sursatı kimi istifadəsinə imkan verir.
Azərbaycan ADEX-2026-da "MIZRAK" kamikadze dronunun tədarükünə dair saziş imzalayıb
sosial sebeke

















