Milli Məclisin deputatları Günay Əfəndiyeva və Hikmət Babaoğlu Qazaxıstanda parlament seçkilərini beynəlxalq müşahidəçi qismində izləyiblər.
"MemurTv.az" xəbər verir ki, Günay Əfəndiyeva Astana, Hikmət Babaoğlu isə Almatıda Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) nümayəndə heyətinin tərkibində beynəlxalq müşahidəçi qismində Azərbaycanı təmsil ediblər.
Səfər zamanı müşahidəçilər Astana və Almatı şəhərlərində müxtəlif seçki məntəqələrində səsvermənin təşkili, seçki prosesinin gedişi və seçicilər üçün yaradılmış şəraitlə tanış olublar.
Milli Məclisin deputatları Qazaxıstanda parlament seçkilərini izləyiblər
sosial sebeke

















