Türkiyədə avtobus yük maşını ilə toqquşub, ölən və xəsarət alanlar var

sosial sebeke

Türkiyədə avtobus yük maşını ilə toqquşub, ölən və xəsarət alanlar varTürkiyənin Hatay vilayətində işçiləri daşıyan avtobus yük maşını ilə toqquşub, nəticədə 1 nəfər ölüb, 15 nəfər yaralanıb.

Bu barədə "MemurTv.az" yerli mətbuata istinadən xəbər verir.

Məlumata görə, qəza Ərzin-Ceyhan avtomobil yolunda baş verib.

Hadisə yerinə xilasedicilər, təcili yardım əməkdaşları və jandarm qrupları göndərilib. Yaralılar hadisə yerində ilkin tibbi yardım göstərildikdən sonra xəstəxanaya aparılıb. Onların vəziyyəti açıqlanmır.

Hadisənin başvermə səbəbi hələ məlum deyil.

Qəza ilə bağlı araşdırmaya başlayıb.