Ölkədə intensiv meyvə bağları sahələrinin 20 min hektara çatdırılması əsas hədəf kimi qarşıya qoyulub.
"MemurTv.az"ın Şimal bürosunun məlumatına görə, bunu Qusarda təşkil olunan Aqrar Biznes Festivalı və I İntensiv Meyvə Bağları Festivalı çərçivəsində jurnalistlərə açıqlamasında kənd təsərrüfatı nazirinin müavini Seymur Səfərli deyib.
Onun sözlərinə görə, Qusarda baş tutan tədbirin təşkilində əsas məqsəd fermerlər, iş adamları və sahibkarlar yeni texnologiyalarla tanışlıq, təcrübə mübadiləsi və məhsulların təqdimatıdır:
"İntensiv meyvə bağçılığı ilə bağlı aqrobiznes festivalının keçirildiyi Qusar rayonunun bu sahədə kifayət qədər böyük potensialı var. Bildiyimiz kimi, intensiv bağçılıq ölkə başçısının mayın 25-də imzaladığı 2026–2030-cu illər üçün dövlət proqramında əsas prioritet istiqamətlərdən biri kimi göstərilib. Ümumiyyətlə, ölkədə intensiv meyvə bağları sahələrinin 20 min hektara çatdırılması əsas hədəf kimi qarşıya qoyulub.
Festivalın əsas məqsədlərindən biri də fermerlərin yeni texnologiyalar barədə məlumatlandırılması, daha qabaqcıl texnologiya tətbiq edilən şirkətlərin festivalda öz stendləri ilə təmsil olunması və uyğun texnologiyaların gələcəkdə geniş tətbiq olunmasıdır".
Seymur Səfərli: Əsas məqsəd ölkədə intensiv meyvə bağları sahələrinin 20 min hektara çatdırılmasıdır
sosial sebeke

















