Ukrayna ölkənin hava hücumundan müdafiəsinin əsas vasitəsi olaraq qalan "Patriot" zenit-raket kompleksləri üçün raket qıtlığı yaşayır.
"MemurTv.az" "The Washington Post"a istinadən xəbər verir ki, raket çatışmazlığı son aylarda güclənən Rusiya zərbələri fonunda müşahidə olunur.
Ötən gün Ukrayna Prezidenti Volodimir Zelenski müttəfiqləri "Patriot" kompleksləri üçün raketlərin tədarükünü sürətləndirməyə çağırıb. O bildirib ki, Avropa ölkələri və ABŞ lazımi ehtiyatlara malikdir, lakin onları Kiyevə vermirlər.
Xatırladaq ki, daha əvvəl "The Atlantic" jurnalı mənbələrə istinadən xəbər vermişdi ki, ABŞ Prezidenti Donald Tramp Zelenskinin Ukraynanın qış dövründə enerji infrastrukturu obyektlərini qorumaq üçün istifadə etməyi nəzərdə tutduğu "Patriot" sistemləri üçün 300 tutucu raketin tədarükü barədə xahişini rədd edib.
Ukrayna "Patriot" üçün sursat çatışmazlığı ilə üzləşib
sosial sebeke

















