İspaniya hərbçiləri Seuta muxtar şəhərindəki müvəqqəti yerləşdirmə mərkəzinin yaxınlığında olan yüzlərlə miqranta içməli su paylamağa başlayıblar.
"MemurTv.az" "RİA Novosti"yə istinadən xəbər verir ki, hərbçilər su ehtiyatlarını çatdırır, onun paylanması isə asayişə nəzarət edən və mərkəzin girişində eyni vaxtda böyük insan qruplarının toplaşmasına imkan verməyən polis əməkdaşlarının nəzarəti altında həyata keçirilir.
Agentliyin məlumatına görə, bir çox miqrant artıq bir neçə gündür, açıq səma altındadır. Onlar yerdə yatmaq məcburiyyətində qalır, şiddətli yorğunluq hiss edir və normal yaşayış şəraitinin olmaması səbəbindən qalan su ehtiyatlarına qənaət edirlər.
Xatırladaq ki, iyulun sonlarında Mərakeşdən olan minlərlə miqrant Afrikanın şimal sahilində yerləşən İspaniyanın Seuta muxtar şəhərinə qanunsuz yolla daxil olmuşdu. Qeyri-qanuni miqrantların sayının kəskin artması İspaniya Ali Məhkəməsinin onların dərhal deportasiya edilməsini qadağan edən və onlara sığınacaq üçün müraciət etmək imkanının verilməsi barədə qərarından sonra baş verib.
Məlumata görə, Seutadakı müvəqqəti yerləşdirmə mərkəzi həddindən artıq dolub və yüzlərlə miqrant içəri daxil olmaq imkanını gözləməyə davam edir.
İspaniya hakimiyyəti Seutada miqrantlara su paylanmasını təşkil edib
sosial sebeke

















