Qremin Rusiyaya qarşı sanksiyalar haqqında qanun layihəsi iflasla üz-üzədir

sosial sebeke

Qremin Rusiyaya qarşı sanksiyalar haqqında qanun layihəsi iflasla üz-üzədirSenator Lindsi Qremin Rusiyaya qarşı yeni sanksiyaları nəzərdə tutan qanun layihəsinin irəlilədilməsi ABŞ Prezidenti Donald Trampın administrasiyası ilə Konqresdəki demokratlar arasında yaranmış fikir ayrılıqları səbəbindən pozulmaq təhlükəsi ilə üzləşib.

"MemurTv.az" xəbər verir ki, bu barədə "The New York Times" qəzeti məlumat yayıb.

Nəşrin məlumatına görə, mübahisənin predmeti sənədin ABŞ Prezidentinə Rusiya enerji resurslarını alan ölkələrə qarşı öz mülahizəsinə uyğun olaraq 100 %-dək həcmdə rüsumlar tətbiq və ləğv etməyə imkan verən bəndi olub.

Nəşr qeyd edib ki, Demokratik Partiyanın nümayəndələri dövlət başçısına ticarət sahəsində belə geniş səlahiyyətlərin verilməsinə qarşı çıxırlar.

"Tramp administrasiyası tariflərin tətbiqi üzrə öz dolanbac kampaniyasını davam etdirdiyindən aparıcı demokratlar prezidentə daha geniş ticarət səlahiyyətləri vermək istəməyərək bu addıma qarşı sərt mövqe tutublar", - "The New York Times" yazıb.

SON XƏBƏRLƏR