ABŞ dəniz piyadaları yoxlama üçün Oman körfəzində tankerə miniblər

sosial sebeke

ABŞ dəniz piyadaları yoxlama üçün Oman körfəzində tankerə miniblərABŞ-nin 11-ci ekspedisiya bölməsinin dəniz piyadaları Vaşinqtonun İrana qarşı dəniz blokadasına riayət olunmasını yoxlamaq üçün Oman körfəzində "Wen Yao" tankerinə miniblər.

"MemurTv.az "ın məlumatına görə, bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) "X" sosial şəbəkəsində xəbər verib.

Məlumata görə, əməliyyat 16 iyulda baş tutub. Yoxlama regiondakı gəmilər üçün tətbiq olunan məhdudiyyətlərə riayət olunmasını təmin etmək üçün monitorinq təliminin bir hissəsi olub.

Amerika hərbçiləri həmçinin bildirib ki, bu günə qədər blokadanı pozmağa cəhd edən üç kommersiya gəmi başqa istiqamətə yönləndirilib və tabe olmayan bir gəmi sıradan çıxarılıb.

CENTCOM əlavə edib ki, ABŞ tərəfinin İranın dəniz blokadasını pozduğunu iddia etdiyi gəmilər istisna olmaqla, Hörmüz boğazı və ətraf sular gəmiçilik üçün açıq qalır.

SON XƏBƏRLƏR