Ukrayna lideri Volodimir Zelenski paytaxtın, habelə Kiyev və Nikolayev hərbi administrasiyalarının rəhbərlərini vəzifələrindən azad edib.
"MemurTv.az"ın məlumatına görə, bu barədə Ukrayna Prezidentinin saytında dərc olunmuş sərəncamlarda bildirilib.
Sərəncama əsasən Timur Tkaçenko Kiyev Şəhər Hərbi Administrasiyasının rəhbəri vəzifəsindən azad edilib.
Zelenski həmçinin Kiyev Vilayəti Hərbi Administrasiyasının rəhbəri Nikolay Kalaşniki (dünən bərpa, infrastruktur və nəqliyyat naziri təyin edilib) və Nikolayev Vilayəti Hərbi Administrasiyasının rəhbəri Vitali Kimi (veteranlarla iş üzrə nazir təyin olunub) vəzifəsindən azad edib. Kiyev Vilayəti Hərbi Administrasiyasının rəhbəri vəzifəsini müvəqqəti olaraq Ruslan Oleynik, Nikolayev Vilayəti Hərbi Administrasiyasının rəhbəri vəzifəsini isə Georgi Reşetilov isə icra edəcək.
Zelenski Kiyev Şəhər Hərbi Administrasiyasının rəhbərini vəzifəsindən azad edib
sosial sebeke

















