Müctəba Xamenei ABŞ və İsraili hədələyib

sosial sebeke

Müctəba Xamenei ABŞ və İsraili hədələyibİran son müharibələrə görə ABŞ və İsraildən qisas alacaq.

"MemurTv.az" xəbər verir ki, bu barədə İranın Ali rəhbəri Müctəba Xamenei "X" sosial şəbəkə hesabında məlumat paylaşıb.

"Əhd edirik ki, bu iki müharibənin bütün şəhidlərinin intiqamını alacağıq", - o yazıb.

Xamenei qisasın indiki hökumətdən asılı olmadığını bildirib: "Biz olsaq da, olmasaq da, bu məsələ gerçəkləşəcək".

Xatırladaq ki, fevralın 28-də ABŞ və İsrail İrana qarşı hərbi əməliyyatlara başlayıb və bir sıra şəhərlərə hava zərbələri endirilib. Həmin gün zərbələr nəticəsində İranın Ali rəhbəri Əli Xamenei öldürülüb. İran buna cavab olaraq İsrail ərazisinə və Fars körfəzi ölkələrindəki ABŞ hərbi bazalarına hücum edib.

İran, ABŞ və onların müttəfiqləri aprelin 8-ə keçən gecə atəşkəs razılaşmasına nail olublar. Tramp sonradan atəşkəsi qeyri-müəyyən müddətə uzadıb.

Tərəflər münaqişəni həll etmək üçün Pakistanda danışıqlar aparıblar, lakin 11-12 apreldə keçirilən ilk raund heç bir nəticə verməyib.

ABŞ ilə İran arasında anlaşma memorandumu iyunun 18-də hər iki ölkənin lideri - Məsud Pezeşkian və Donald Tramp tərəfindən rəqəmsal şəkildə imzalanıb. Lakin, iyulun 8-də ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı İranın Hörmüz boğazında üç gəmiyə qarşı hücumlarına cavab olaraq ölkəyə "kütləvi güclü zərbələr" endirildiyini bəyan edib.

SON XƏBƏRLƏR