Ötən həftə 583 yanğına çıxış olub.
Bu barədə "MemurTv.az"a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
Bildirilib ki, "112" qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən həftə ərzində 583 yanğına çıxış, 39 halda köməksiz vəziyyətdə qalma, 7 avtonəqliyyat qəzası və 2 partlayış faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.
Ümumilikdə, Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən ötən həftə ərzində 9-u azyaşlı olmaqla 48 nəfər xilas edilib, 6 nəfər xəsarət alıb, 15 nəfərin meyiti təhvil verilib.
FHN: Ötən həftə 583 yanğına çıxış olub, 15 nəfərin meyiti aşkarlanıb
sosial sebeke

















