Qırğızıstan Bakının zəlzələyədavamlı tikinti sahəsindəki təcrübəsinin öyrənilməsində və tətbiqində maraqlıdır.
Bunu "Memur.az"a açıqlamasında Qırğızıstanın tikinti, memarlıq və mənzil-kommunal təsərrüfatı naziri Nurdan Oruntayev bildirib.
"Qırğızıstan hər iki paytaxtın yüksək seysmik aktiv zonalarda yerləşdiyini nəzərə alaraq, Bakının zəlzələyədavamlı tikinti sahəsindəki təcrübəsinin öyrənilməsində və tətbiqində maraqlıdır", - o deyib.