Milli Məclisdə İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatı müzakirə olunur.
"Report" xəbər verir ki, hesabatı daxili işlər nazirinin birinci müavini polis general-leytenantı Seyfulla Əzimov təqdim edir.
Xatırladaq ki, "İnsan alverinə qarşı mübarizə haqqında" Qanunun 7.5-ci maddəsinə uyğun olaraq, İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinator Azərbaycanda insan alverinə qarşı mübarizəyə dair illik məlumatı Milli Məclisə təqdim edir.