Azərbaycanın Birləşmiş Millətlər Təşkilatı yanında Daimi Nümayəndəliyi Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə keçirilən Nyu-York Açıq Sürətli Şahmat Turnirində iştirak etmək şərəfinə nail olub.
"Report" xəbər verir ki, bu barədə Azərbaycanın BMT yanındakı Daimi Nümayəndəliyinin "X" sosial şəbəkə hesabında məlumat yayılıb.
"Diasporla İş üzrə Dövlət Komitəsi tərəfindən təşkil edilən turnir 40-dan çox şahmatçını bir araya gətirdi və qaliblərə kubokların təqdim edilməsi mərasimi ilə başa çatdı", - deyə məlumatda qeyd olunub.