Azərbaycan və Almaniya arasında nəqliyyat və hava daşımaları üzrə əməkdaşlığın genişləndirilməsi müzakirə edilib.
"Report" xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev "X" sosial şəbəkəsində hesabında bildirib.
"Leypsiq şəhərində Almaniyanın nəqliyyat naziri Patrik Şnayderlə görüş keçirdik. Görüş zamanı ölkələrimiz arasında nəqliyyat sahəsində, xüsusilə avtomobil və hava daşımalarında mövcud əməkdaşlıq imkanlarının genişləndirilməsi məsələlərini müzakirə etdik",-deyə o qeyd edib.