• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ana səhifə
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Sosial
  • Dünya
  • İdman
  • Mədəniyyət
  • Bölgə
  • Müsahibə
  • Texnologiya
  • Ana səhifə
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Sosial
  • Dünya
  • İdman
  • Mədəniyyət
  • Bölgə
  • Müsahibə
  • Texnologiya

Əli Əsədovun biznes və tikinti imperiyası...

Sosial

18-04-2026, 09:55

Əli Əsədovun biznes və tikinti imperiyası...Prezident İlham Əliyevin bir sıra çıxışlarından sonra cəmiyyətdə müzakirə olunan ən ciddi məsələlərdən biri məmurlar, onların fəaliyyəti, davranışı, öz vəzifə borclarına münasibəti, bir sözlə, məmur obrazı ilə bağlı olub.

“Qafqazinfo” xəbər verir ki, dövlət başçısı həmişə məmurlardan peşəkarlıq, təvazökarlıq, insanlara həssas münasibət, mədəni davranış, qanunların tələblərinə riayət tələb edib. Məmur rüşvət almamalıdır, dövlətin cibinə girərək korrupsiyaya qurşanmamalıdır, insanları incitməməlidir, ona verilən səlahiyyətləri öz şəxsi maraqları üçün istifadə etməməli, sui-istifadəyə yol verməməlidir. Öz şəxsi maraqlarını əsas tutaraq digər vəzifə sahiblərini gözdən salmaq və bunu media, jurnalistlər vasitəsilə reallaşdırmaq isə heç bir əndazəyə sığmayan haldır.Yaxın keçmişimizdə dövlət idarəçiliyi sistemində özünü qabarıq şəkildə büruzə verən belə hallar çox ciddi ictimai qınağa səbəb olub. Bu gün onlarla məmur adı çəkmək olar ki, vəzifədə olduqları dövrdə özləri üçün əsl biznes imperiyası yaradıblar. Bir neçə il öncə həbs olunmuş icra hakimiyyəti başçıları da daxil olmaqla bəzi məmurların var-dövləti göz qamaşdırırdı: şirkətlər, daşınmaz əmlak, bank hesabları və s. 2019-2020-ci illərdən başlanan islahatlar, o cümlədən kadr islahatları problemin miqyasının əhəmiyyətli dərəcədə daralmasına gətirib çıxartsa da, təəssüf ki, dövlət başçısının sərt xəbərdarlıqlarından nəticə çıxartmayan məmurlar hələ də qalmaqdadır. Söhbət “JEK müdiri”, yaxud hansısa nazirlikdə idarə rəisi vəzifəsini tutan məmurlardan getmir, bu kiçik məmurların da nümunə götürdüyü böyük səlahiyyət sahibləri var.

Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov hələ Prezident Administrasiyasında şöbə müdiri vəzifəsində çalışarkən adı biznes məsələlərində hallanan məmurlardan biri olub. Onun öz səlahiyyətlərini necə icra etməsi, yəni peşəkar fəaliyyəti başqa məqalənin mövzusudur. Lakin bu fəaliyyətin praktiki nəticəsi - yaratdığı biznes imperiyası artıq söz deməyə yer qoymur. Məsələn, Bakının ən görkəmli və bahalı yerlərindən biri – Bayraq meydanı ilə üzbəüz Əli Əsədova məxsus olduğu bildirilən “Manqal” restoranı ölçüsü, təmtərağı ilə diqqəti cəlb etməyə bilməz.Əli Əsədovun biznes və tikinti imperiyası...
Əli Əsədovun biznes və tikinti imperiyası...Elə “Manqal” restoranının yanındakı “Beer Hall” da “Manqal”dan geri qalmır və paytaxtın ən görkəmli ərazisində yerləşən məişət-iaşə obyektidir.Əlbəttə, bu obyektlərin qiymətinin dəyərləndirilməsi ekspert işidir. Ancaq Azərbaycanın əmlak bazarı ilə az-çox tanış olan hər bir şəxs onların hər birinin qiymətinin milyonlarla ölçüldüyünü deyə bilər. Zaqulbada yerləşən digər “Manqal” restoranı isə populyar yaşayış məntəqəsinin düz mərkəzində yerləşir və böyük zal, kabinetlər, şadlıq sarayından ibarət böyük bir kompleksdir. Bibiheybətdə, məscidin arxasındakı küçədə yerləşən “Narşərab” restoranı çoxlarının sevimli məkanıdır. Ancaq çoxmərtəbəli restoran, hotel və dənizə çıxışı olan geniş həyət hissəsini birləşdirən bu böyük kompleksin Baş nazirə məxsus olduğunu bir o qədər də çox adam bilmir. Eyni zamanda, “Narşərab” restoranının yanında “Sapphire” hotelinin, Bayılda, “Manqal” restoranı ilə bir sırada olan “Ocaqbaşı” restoranının da Baş nazirə məxsus olduğu deyilir. Bütün bunları əldə etmək üçün, hətta ümumi standartlar baxımından çox böyük görünən Baş nazirin əməkhaqqısı, təbii ki, yetməz.

Ancaq siyahı bununla bitmir və hətta aşağıda göstərilən obyektlərin siyahısı belə Əli Əsədovun biznes imperiyasını əhatə etmir:

1. Səbail rayonu Q.Abbasov 33 ünvanda 4+ mansard mərtəbəli ofis binası;

2. Xətai rayonu Ayaz İsmayılov küçəsi 12-də qeyri-yaşayış binası;

3. Yasamal rayonunda sifarişçisi “Alyans Devolopment” MTK olan yaşayış binası;

4. Səbail rayonunda sifarişçisi “Rahat Həyat” MTK olan yaşayış binası;

5. Sabunçu rayonunda sifarişçisi “Çay Çəkici” ASC olan yaşayış kompleksi;

6. Qaradağ rayonunda Renta-servis;

7. Bayılda, Dəniz Molla üzbəüz 3 çoxmərtəbəli tikili. Məlumata görə, burada əmlakın 1 kvadratmetri 17.000 AZN təşkil edir.

Bəzi hallarda belə tikintilər ən çox sadə vətəndaşlara ziyan vurur. Hansısa məmura məxsus tikinti həyata keçirmək üçün insanların incidildiyi, evlərinin, obyektlərinin söküldüyü halları vardır. Belə faktlardan biri Nərimanov rayonunda Əli Əsədova məxsus obyektin tikintisi zamanı vətəndaşa göstərilən təzyiqi əks etdirir. Həmin videoda vətəndaş ölkə başçısına, Birinci vitse-prezidentə müdaxiləyə və haqsızlığa son qoyduqlarına görə öz təşəkkürünü bildirir. İctimaiyyət belə siyahılara bir növ alışıqdır, bundan əvvəl də bir çox məmurların qeyri-qanuni yollarla topladığı sərvət barədə kifayət qədər məlumat verilib. Əsəsən bu xəbərlər həmin məmurlar vəzifələrindən kənarlaşdırıldıqdan sonra ictimailəşdirilib. Ancaq Baş nazir ölkədə ən önəmli postlardan biridir, ən azından bu vəzifənin ardınca heç bir pis iz buraxmayan Artur Rasi-zadə nümunəsi var. Hansı ki, 2025-ci il fevralın 26-da Prezident tərəfindən “İstiqlal” ordeni ilə təltif edildi. Bəli, sabiq Baş nazirin ardınca onun da sərvətinin siyahısı dərc oluna bilərdi, amma olmadı. Yəqin ki, deyiləsi söz, göstəriləsi fakt yoxdur.
Təəssüf ki, bu fikri Əli Əsədov haqqında demək olmur. Burada məsələ təkcə Baş nazirin var-dövləti ilə bağlı deyil, onun idarəçiliyi və hakimiyyətdə sevmədiyi vəzifə sahiblərinə qarşı davranışı da ciddi araşdırma mövzusudur. Keçmişdə maraqları toqquşan bir məmurun digərinə qarşı mediaya kompromatlar ötürməsi, onu gözdən salması geniş yayılmış praktika olub.

Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev və onun “sadiq silahdaşı” Əli Həsənov bu təcrübənin ideoloqları və flaqmanları kimi az qala bütün məmur korpusunu təzyiq altında saxlayıblar. İllər keçdikcə, idarəçilikdə dərin islahatlar həyata keçirildikcə, bu ənənəyə də son qoyulduğunu demək istərdik. Lakin çox təəssüf ki, hazırkı Baş nazirin praktikasında belə hallar da var. Əli Əsədov bəzi “sevimli” jurnalistlər vasitəsilə hətta Nazirlər Kabinetinin qapalı iclaslarında müzakirə olunan məsələləri iz azdırmaqla ictimailəşdirir və kimlərisə hədəfə gətirməyə çalışır. Böyük bir vəzifə sahibi heç də düşünmür ki, Azərbaycan balaca bir ölkədir və kimin nə ilə nəfəs aldığını, nə iş gördüyünü, kimin kiminlə təmasda olduğunu aydınlaşdırmaq üçün elə də böyük qüvvə sərf etməyə ehtiyac yoxdur.

Əli Əsədovun bir hissəsi Bayılda ayaq tutan biznes və tikinti imperiyası haqqında danışarkən, vaxtilə Bulvarla bağlı baş vermiş olayı da xatırlatmaq yerinə düşərdi. Təfərrüat bəlli olduğuna görə məsələnin mahiyyətinə varmağa ehtiyac qalmır. Ancaq çox maraqlıdır ki, bu olaydan sonra Əli müəllimə yenidən etimad göstərilsə də, onun bundan tam nəticə çıxardığını söyləmək çətindir.
Əli Əsədovun nümunəsi Azərbaycanda formalaşan yeni məmur obrazına uyğun gəlmir və köhnə ənənənin qalığı kimi dəyərləndirilə bilər. Hər halda, ortada dövlət başçısının tələbləri, göstərdiyi çərçivə var və kimliyindən, hansı postu tutmasından asılı olmayaraq heç kimi yeni dövrün standartlarından kənarda qala bilməz.

Bu yazı Əli Əsədovla bağlı həqiqətlərin bir hissəsini əhatə edir və mövzunun tamamı araşdırıldıqdan sonra daha geniş material veriləcək.

Ardı var...

Paylaş:
Digər xəbərlər

Müsahibə

27-08-2025, 12:24

Azərbaycan Prezidenti İlham Əliyev “Əl-Ərəbiyyə” telekanalına müsahibə veri ...

Siyasət

29-04-2025, 09:55

Bakıda Azərbaycan-İran biznes forumu keçirilib - YENİLƏNİB - 2

Müsahibə

22-04-2025, 13:57

Vahid Novruzov: "Keyfiyyətsiz audit aparanlar akkreditasiya sənədini itirə ...

Siyasət

10-04-2025, 10:10

Bakıda Prezident İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" ...

Siyasət

10-02-2025, 13:42

FHN rəsmisi: Azərbaycan seysmik zonada yerləşdiyi üçün tikintidə zəlzələ fa ...

Müsahibə

25-06-2024, 16:06

Məcnun Məmmədov: "Əsas vəzifəmiz aqrar sektorun ÜDM-də payının artırılması ...

Müsahibə

24-10-2023, 14:44

Sabunçu Tibb Mərkəzinin direktoru: “Hemodializ şöbəsindən iki “KamAZ” zibil ...

Siyasət

10-05-2023, 09:44

Ümummilli lider Heydər Əliyev - dövlətə və xalqa xidmətin ali meyarını yara ...

Siyasət

17-01-2023, 08:23

Abdullayev şirkətlərinin qısa icmalı - ARDI VAR...

Hadisə
Qazaxıstanın Nəqliyyat Nazirliyi AZAL-ın təyyarəsinin qəzaya uğraması ilə bağlı istintaqı davam etdirir
Bakıda evdə yanğın olub, mənzil sahibinin meyiti aşkarlanıb
Bakıda silahlı İNSİDENT: Ölən və yaralanan VAR
SON DƏQİQƏ: Türkiyəyə məxsus neft tankeri DRONLA VURULDU
Sumqayıt şəhərində tonqalda baş berən partlayış zamanı xəsarət alanların kimliyi məlum olub - YENİLƏNİB-3
TƏCİLİ! Xəzər dənizindəki İran gəmiləri vuruldu
Cəmiyyət
Bu gün, 09:35
Həftəsonu 15 min 700-dən çox bakalavr imtahan verəcək
7-06-2026, 12:29
Bu gün I və IV ixtisas qrupları üzrə qəbul imtahanı keçiriləcək
4-06-2026, 10:55
Bakıda Milli Qurtuluş Gününə həsr olunan konsert keçiriləcək
4-06-2026, 10:54
Doktorantura və dissertanturaya qəbul imtahanının tarixləri müəyyənləşib
3-06-2026, 09:49
Bazar günü 51 mindən çox abituriyent üçün qəbul imtahanı keçiriləcək
31-05-2026, 12:15
AZAL Gəncə - Sankt-Peterburq uçuşlarını bərpa edib
Son xəbərlər
  • Bu gün, 09:56
    İqtisadi Şurada Ələt Azad İqtisadi Zonasının fəaliyyəti müzakirə olunub
  • Bu gün, 09:35
    Həftəsonu 15 min 700-dən çox bakalavr imtahan verəcək
  • Bu gün, 09:32
    Azərbaycan səfiri etimadnaməsinin surətini Perunun XİN rəsmisinə təqdim edib
  • Bu gün, 09:31
    Azərbaycan XİN Rusiyanı təbrik edib
  • Bu gün, 09:30
    Azərbaycanda aqrar sektorla bağlı regional müşavirələrə start verilir
  • Dünən, 09:27
    Zakir Həsənov Pakistana başsağlığı verib
  • Dünən, 09:25
    SEPAH İordaniyada ABŞ qırıcılarını məhv etdiyini açıqlayıb
  • Dünən, 09:24
    Hakan Fidan almaniyalı həmkarı ilə ABŞ-İran danışıqlarını müzakirə edib
  • Dünən, 09:23
    Nazir: "Qarabağın və Şərqi Zəngəzurun bərpasına investisiyaların geri ödənişi 5-12 ilə təmin ediləcək"
  • 10-06-2026, 10:56
    Ali Məhkəmə hansı hallarda daşınmaz əmlakın son alıcıdan geri alına biləcəyini açıqlayıb
  • 10-06-2026, 10:55
    Rabatda Azərbaycanın müstəqilliyinin ildönümü münasibətilə rəsmi qəbul təşkil edilib
  • 10-06-2026, 10:54
    Azərbaycan XİN Portuqaliyanı təbrik edib
  • 10-06-2026, 10:51
    Abbas Əraqçi xarici qüvvələri bölgədən çıxmağa çağırıb
  • 9-06-2026, 14:10
    Əli Məsimli: "ARDNF-dən büdcəyə transfertlərin azaldılmasının kompensasiya mənbəyi araşdırılmalıdır"
  • 9-06-2026, 14:08
    Vüqar Gülməmmədov büdcənin icrası haqqında qanun layihəsinə dair iradlarını açıqlayıb
  • 9-06-2026, 09:25
    Ceyhun Bayramov Yaponiyaya rəsmi səfərə yola düşüb
  • 9-06-2026, 09:24
    NYT: Hörmüz boğazı ərazisində ABŞ-nin "Apache" zərbə helikopteri qəzaya uğrayıb
  • 9-06-2026, 09:23
    Azərbaycan millisi bu gün San Marino ilə qarşılaşacaq
  • 9-06-2026, 09:22
    İran danışıqların irəliləməməsində ABŞ-ni günahlandırır
  • 8-06-2026, 09:24
    "Tasnim": İran çox sayda raketləri döyüş vəziyyətinə gətirib
  • 8-06-2026, 09:22
    Ceyhun Bayramov Türkiyədə işgüzar səfərdədir
  • 8-06-2026, 09:21
    Tramp: Netanyahu ABŞ-İran arasında istənilən razılaşmanı qəbul etməli olacaq
  • 8-06-2026, 09:21
    Türkmənistanda Azərbaycan Mədəniyyəti Günləri başa çatıb
  • 8-06-2026, 09:20
    İran atəşkəsdən sonra ilk dəfə İsrailə raketlər atıb - YENİLƏNİB
  • 7-06-2026, 12:31
    Avropada yaşayan azərbaycanlı mühəndislərin III forumu keçirilib
  • 7-06-2026, 12:29
    Bu gün I və IV ixtisas qrupları üzrə qəbul imtahanı keçiriləcək
  • 6-06-2026, 12:47
    İlham Əliyev İsveç Kralını milli bayramları münasibətilə təbrik edib
  • 6-06-2026, 12:46
    Emin Əmrullayev rəqəmsal texnologiyalar sahəsi üzrə Dövlət Proqramı məzunları ilə görüşüb
  • 5-06-2026, 10:09
    Prezidentin sosial şəbəkə hesablarında Azərbaycan minifutbol millisi ilə bağlı paylaşım edilib
  • 5-06-2026, 10:07
    Tokayev Qazaxıstanda vitse-prezident vəzifəsini təsdiq edən qanunu imzalayıb
  • 5-06-2026, 10:07
    Ağstafanın Köçvəlili kəndi fasiləsiz içməli su ilə təmin edilib
  • 5-06-2026, 10:06
    Bu gündən Türkmənistanda Azərbaycan Mədəniyyəti Günləri başlayır
  • 5-06-2026, 10:04
    Avropa Minifutbol Federasiyası sosial şəbəkədə Azərbaycan millisi ilə bağlı paylaşımlar edib
  • 4-06-2026, 13:50
    Əli Əsədov TDT-yə üzv ölkələrin mərkəzi bankları Şurasının iclasının iştirakçıları ilə görüşüb
  • 4-06-2026, 13:50
    Azərbaycan və Kareliya ticarət-iqtisadi əməkdaşlıq üzrə Yol Xəritəsi imzalaya bilər
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Təsisçi: Amil Əliyev
  • Tel: (+99450) 227 24 22
  • Ana səhifə
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Sosial
  • Dünya
  • İdman
  • Mədəniyyət
  • Bölgə
  • Müsahibə
  • Texnologiya
Müəllif hüquqları qorunur. Memur.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Yükləmə gedir gözləyin...