Pentaqon rəhbərini daşıyan təyyarə Böyük Britaniyada məcburi eniş edib » Memur.az

Pentaqon rəhbərini daşıyan təyyarə Böyük Britaniyada məcburi eniş edib

Pentaqon rəhbərini daşıyan təyyarə Böyük Britaniyada məcburi eniş edibPentaqon rəhbəri Pit Heqsetin təyyarəsi ön şüşəsi çatladığı üçün Böyük Britaniyada məcburi eniş edib. Heç kim xəsarət almayıb.

"Report"un məlumatına görə, bu barədə ABŞ-nin hərbi orqanı rəhbərinin ictimaiyətlə əlaqələr üzrə köməkçisi Şon Parnell sosial şəbəkədə xəbər verib.

"NATO ölkələrinin müdafiə nazirlərinin görüşündən sonra ABŞ-yə qayıdarkən, hərbi nazir Heqsetin təyyarəsi ön şüşəsi çatladığından Böyük Britaniyada məcburi eniş edib", - o yazıb.

O qeyd edib ki, eniş standart prosedura uyğun həyata keçirilib və təyyarədə olanların hamısı təhlükəsizdir.