Rəşad İsmayılov İsmayıllıda vətəndaşları qəbul edib

sosial sebeke

Rəşad İsmayılov İsmayıllıda vətəndaşları qəbul edibEkologiya və təbii sərvətlər naziri Rəşad İsmayılov İsmayıllı rayonunda İsmayıllı, Qəbələ, Oğuz, Ağsu və Şamaxı rayonlarından olan sakinləri qəbul edib.

Bu barədə "MemurTv.az"a Ekologiya və Təbii Sərvətlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, vətəndaş qəbulu çərçivəsində ətraf mühitin mühafizəsi, yaşıllıqların qorunması, mineral xammaldan istifadə, məşğulluğun təmin edilməsi, eləcə də digər aidiyyəti məsələlərlə bağlı vətəndaşların müraciətləri dinlənilib. Qaldırılan məsələlərin araşdırılması və zəruri tədbirlərin görülməsi barədə Nazirliyin məsul əməkdaşlarına müvafiq tapşırıqlar verilib.

ETSN-in fəaliyyət sahələrinə aid olmayan məsələlərlə bağlı müraciətlər isə aidiyyəti qurumlara göndərilməsi üçün qeydiyyata alınıb.