Qırğızıstan Prezidenti Nyu-Yorka gedəcək
Sosial
22-09-2025, 10:33
20
"Report"un Qırğızıstan KİV-inə istinadən verdiyi məlumata görə, bu barədə Qırğızıstan prezidentinin administrasiyasının xarici siyasət şöbəsinin müdiri Sağınbek Abdumutalip məlumat verib.
Səfər çərçivəsində Qırğızıstan Prezidenti BMT Təhlükəsizlik Şurasının "Süni intellekt: beynəlxalq təhlükəsizlik və sülh" mövzusunda açıq müzakirələrində və iqlim dəyişikliyi ilə bağlı yüksək səviyyəli xüsusi tədbirdə çıxış edəcək.
Bundan əlavə, Baş Assambleya çərçivəsində S.Japarovun BMT Baş katibi Antonio Quterreş, ABŞ, Avropa, Asiya və Afrika ölkələrinin dövlət və nümayəndə heyətlərinin başçıları ilə ikitərəfli görüşləri planlaşdırılır.
