2026-cı ildə Azərbaycanda müdafiə və təhlükəsizlik xərclərinin 8 milyard 714,8 milyon manat olması nəzərdə tutulur.
"Report" bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.
Məlumata görə, bu, 2025-ci ilin təsdiq olunmuş proqnozu ilə müqayisədə 3,8 % çoxdur.
Xatırladaq ki, gələn il büdcə gəlirlərinin 38 milyard 423 milyon manat, xərclərinin isə 41 milyard 548,6 milyon manat olacağı gözlənilir.
Azərbaycan müdafiə və təhlükəsizlik xərclərini 4 %-ə yaxın artırır
sosial sebeke

















