Fransanın yeni səfiri sabah Bakıya gələcək

sosial sebeke

Fransanın yeni səfiri sabah Bakıya gələcəkFransanın Azərbaycana yeni təyin etdiyi səfir Sofi Laqut sabah Bakıya gələcək.

Bu barədə "Report"un sorğusuna cavab olaraq Fransanın Azərbaycandakı Səfirliyindən bildirilib.

Qeyd edilib ki, səfir Azərbaycan Xarici İşlər Nazirinə etimadnaməsinin surətlərini təqdim etdikdən sonra vəzifələrinin icrasına başlayacaq.

Xatırladaq ki, bundan əvvəl Fransanın Azərbaycandakı səfiri Ann Buayon olub. O, sentyabrın 1-də Bakını tərk edib.

SON XƏBƏRLƏR