Çin İrana qarşı sanksiyaların aktivləşdirilməsinin əleyhinədir
Sosial
Dünən, 16:25
7

“Report” xəbər verir ki, bu barədə Çin XİN-in nümayəndəsi Lin Cian bildirib.
O vurğulayıb ki, Pekin həmişə İranın nüvə probleminin sülh və diplomatik yolla həllində israr edib. Nümayəndənin sözlərinə görə, sanksiyaların tətbiqi tərəflər arasında etimadı gücləndirməyə və fikir ayrılıqlarını aradan qaldırmağa kömək etməyəcək, əksinə, danışıqların bərpası üçün diplomatik səylərə mane olacaq.
"Hazırkı məqamda Təhlükəsizlik Şurasının hər bir addımı yeni sazişlə bağlı danışıqlara kömək etməlidir", - diplomat qeyd edib.