• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ana səhifə
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Sosial
  • Dünya
  • İdman
  • Mədəniyyət
  • Bölgə
  • Müsahibə
  • Texnologiya
  • Ana səhifə
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Sosial
  • Dünya
  • İdman
  • Mədəniyyət
  • Bölgə
  • Müsahibə
  • Texnologiya

Sayalı Sadıqova: Azər­bay­can di­li gü­nü­nün qeyd edil­mə­si mil­li-mə­nə­vi də­yər­lə­ri­mi­zə eh­ti­ra­mı rəs­mi­ləş­dirir - MÜSAHİBƏ

Sosial

1-08-2025, 13:27

Sayalı Sadıqova: Azər­bay­can di­li gü­nü­nün qeyd edil­mə­si mil­li-mə­nə­vi də­yər­lə­ri­mi­zə eh­ti­ra­mı rəs­mi­ləş­dirir - MÜSAHİBƏBu gün ölkədə Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü kimi qeyd edilir. Ümummilli Lider Heydər Əliyev 2001-ci il avqustun 9-da “Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında” fərman imzalayıb. Fər­manın im­za­lanmasından sonra hər il av­qustun 1-i Azər­baycan Əlif­ba­sı və Azər­bay­can Di­li Gü­nü ki­mi qeyd edilir. Bu tarixi gün ölkəmizdə dilə göstərilən yüksək dövlət qayğısının, milli mənsubiyyətə verilən önəmin rəmzidir.

Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü münasibətilə "Report"a müsahibə verən Nazirlər Kabineti yanında Terminologiya Komissiyasının sədr müavini Sayalı Sadıqova dilimizin müasir vəziyyəti, termin yaradıcılığı, dilin qorunması və normativliyi istiqamətində görülən işlər, eləcə də qarşıda duran vəzifələr barədə danışıb.

- Sayalı xanım, hər il av­qustun 1-i res­pub­li­ka­­da Azərbaycan əlif­ba­sı və Azər­bay­can di­li gü­nü ki­mi qeyd olu­nur. Bu günün təsis edilməsi Azərbaycan dilinin tətbiqinə təsir edirmi?

- Ölkəmizdə döv­lət di­li ola­raq Azər­bay­can di­li­nin in­ki­şaf et­di­ril­mə­sin­də, onun saf­lı­ğı­nın qo­run­ma­sın­da, ic­ti­mai hə­ya­tın bü­tün sa­hə­lə­rin­də iş­lək di­lə çev­ril­mə­si istiqamətində dövlət səviyyəsində mühüm işlər aparılır. Ulu Öndər tə­rə­fin­dən imzalanan Fərman di­li­mi­zin tət­bi­qi işi­nə sti­mul ver­ib, yad­da­şı­mı­za və mil­li-mə­nə­vi də­yər­lə­ri­mi­zə, ədə­bi-mə­də­ni ir­si­mi­zə eh­ti­ra­mı rəs­mi­ləş­dir­ib. Bey­nəl­xalq alə­mə da­ha ya­xın olan ye­ni la­tın qra­fi­ka­sı­nın qə­bu­lu mil­li də­yər­lə­ri­mi­zin da­ha ge­niş dai­rə­də ta­nın­ma­sı­na şə­ra­it ya­radıb.

Za­ma­nın­da qə­bul edil­miş bu qə­rar­da Hey­dər Əli­ye­vin qə­tiy­yə­ti, si­ya­si ira­də­si və prin­si­pi­al­lı­ğı nə­ti­cə­sin­də res­pub­li­ka­mız hə­min ta­rix­dən eti­ba­rən tam şə­kildə ye­ni əlif­ba­ya - la­tın qra­fi­ka­lı Azər­bay­can əlif­ba­sı­na keçi­di tə­min edib. Dil­lə bağ­lı döv­lət si­ya­sə­ti­nin mü­hüm mər­hə­lə­si la­tın qra­fi­ka­lı Azər­bay­can əlif­ba­sı­na ke­çid­lə sə­ciy­yə­lən­ib. Ye­­ni əlif­­ba la­­yi­­hə­­si­­nin ha­­zır­­lan­­ma­­sı və Azər­­bay­­can di­­li haq­­qın­­da qa­­nun la­­yi­­hə­­si­­nin tər­­tib olun­­ma­­sı işi ilə ya­­na­­şı, la­­tın qra­­fi­­ka­­lı ye­­ni əlif­­ba­­ya ke­­çi­­din, Azər­­bay­­can di­­li­­nin da­­ha fə­­al iş­­lə­­dil­­mə­­si­­nin, ha­­be­­lə onun ic­­ti­­mai və baş­­qa funk­­si­­ya­­la­­rı­­nın ge­­niş­­lən­­di­­ril­­mə­­si­­nin tə­­min edil­­mə­­si is­­ti­­qa­­mə­­tin­­də mü­­hüm iş­­lər gö­­rül­­üb.

La­tın qra­fi­ka­lı müa­sir Azər­bay­can əlif­ba­aına ke­çidin, Azər­bay­can di­li­nin fonetik xü­su­siy­yət­lə­ri­nə uy­ğun gəl­mə­si üçün çalışmış AMEA-nin müxbir üzvü Afad Qur­ba­no­vun tə­şəb­bü­sünü xüsusilə vurğulamaq lazımdır. A.Qur­ba­nov əlif­ba­nın müx­tə­lif va­ri­ant­la­rı­nı ha­zır­layıb və onları ha­zır­la­yar­kən bey­nəl­xalq təc­rü­bə­ni əsas gö­tür­üb.

- Hazırda Komissiya hansı yeni terminlərin işlənməsi və ya təsdiqlənməsi üzərində işləyir?

- İc­­ti­­mai-si­­ya­­si hə­­yat­­da, cə­miy­yət­də baş ve­­rən də­­yiş­ikliklər, dip­lo­ma­tik əla­qə­lə­rin ge­niş­lən­mə­si, ye­­ni elm sa­­hə­­lə­­ri­­nin ya­­­ran­­­ma­­sı və in­­ki­­şa­­fı mil­­li dil­­lər­­də ter­­mi­­no­­lo­­gi­­ya­­nı zən­­gin­­ləş­­di­­rir. Bu zən­gin­ləş­mə mü­a­­sir dövr­­də ay­­rı-ay­­rı elm­­lər ara­­sın­­da qar­­şı­­lıq­­lı əla­­qə­­lə­­rin və tə­­sir­­lə­­rin ten­­den­­si­­ya­­sı­nı güc­­lə­n­di­rir. Baş ve­­rən də­­yiş­ikliklər ye­­ni ter­­min­­lə­­rin ya­­ran­­ma­­sı­­nı şərt­­lən­­di­­rir, nə­­zə­­ri bi­­lik­­lər ye­­ni an­­la­­yış və ter­­min­­lər­­lə ifa­­də olu­­nur və əsas tə­­fək­­kür for­­ma­­sı terminlər va­­si­­tə­­si ilə re­­al­­la­­şır. Bu nəzərə alınaraq Terminologiya Komissiyasında elm sahələrində yeni yaranan terminlər müzakirə edilir. Xüsusilə, son dövrlərdə informatika, aviasiya, logistika, hüquq sahəsi ilə bağlı terminlər müzakirə olunub. Qəbul edilmiş yeni terminlər “Terminologiya məsələləri” jurnalında nəşr olunur. Yeni terminlərin yaranması və müzakirəsi Terminologiya Komissiyasında müxtəlif elm sahələri ilə bağlı bölmələrdə mütəmadi olaraq davam etdirilir.- Bəzi sahələrdə (texnologiya, hüquq, tibb, idman) beynəlxalq terminlərin tərcüməsində qeyri-dəqiqliklər ictimai narazılıq doğurur. Bu sahədə nə kimi işlər görülür?

- Dün­ya dil­lə­ri­nin qar­şı­lıq­lı əla­qə­də in­ki­şa­fı bey­nəl­mi­ləl ter­min­lər­də da­ha qa­ba­rıq mü­şa­hi­də olu­nur. Tə­lə­ba­ta uy­ğun ola­raq ter­min­lə­rin alı­nıb iş­lə­dil­mə­si dil­lə­rin lü­ğət tər­ki­bi­nin zən­gin­ləş­mə­sin­də mü­hüm rol oy­na­yır. Ha­zır­da in­gi­lis di­lin­dən alı­nan bey­nəl­mi­ləl ter­min­lər in­ki­şaf et­miş dil­lə­ri zən­gin­ləş­di­rir. Elm­lə­rin, xü­su­si­lə ic­ti­mai-si­ya­si elm­lə­rin qərb­də in­ki­şa­fı ye­ni ya­ra­nan ter­min­lə­rin il­kin ola­raq bu dil­də ya­ran­ma­sı­na sə­bəb ol­ur. Bu ter­min­lər dün­ya dil­lə­ri­nin el­mi ter­mi­no­lo­gi­ya­sı­na da­xil ol­du­ğu­na gö­rə bey­nəl­mi­ləl ter­min­lə­rin əsas his­sə­si­ni Av­ro­pa mən­bə­li ter­min­lər təş­kil edir. Av­ro­pa mən­bə­li ter­min­lə­r Azərbaycan dilinə in­gi­lis di­lin­dən alı­nır. İngilis dilindən alınan beynəlmiləl terminlər Azərbaycan dilinin qaydalarına uyğun olaraq yazılır.

- Mediada terminoloji normaların pozulması hallarına rast gəlinirmi?

- Bəli, mediada alınma terminlərdən daha çox istifadə olunur. Azərbaycan dilində qarşılığı olan terminlər əvəzinə alınma terminlər işlənsə də, işləklik qazanmır. Terminlərin düzgün yazılmaması halları da müşahidə olunur.

- Reklamlarda dilimizlə bağlı hansı səhvlər müşahidə olunur?

- Reklamların dili sadə, gündəlik danışıq dilimizdə olmalıdır. Təəssüf ki, alınma terminlərə daha çox üstünlük verilir. Orfoqrafik qaydaların pozulması, eləcə də üslub səhvləri ilə bağlı qüsurlar narazılığa səbəb olur.

- Tədbirlərin birində qeyd etmişiniz ki, Nəsimi adına Dilçilik İnstitutunda doktorantura yerləri 4 ildir ki, boş qalıb. Sizcə, buna səbəb Azərbaycan dilində tədqiqat işlərinə marağın az olmasıdır?

- Qeyd etdiyim kimi Nəsimi adına Dilçilik İnstitutunda "Azərbaycan dili və Türk dilləri” ixtisası üzrə yerlər boş qalır. Buna səbəb doktoranturaya qəbul zamanı ingilis dilindən tələb olunan keçid balının toplanmamasıdır. Bu dili mənimsəyən tələbələr keçid balını toplayaraq dil nəzəriyyəsi ixtisasına qəbul olurlar. Filologiya, şərqşünaslıq, eləcə də digər ixtisasları bitirənlər keçid balını toplaya bilmədiyinə görə doktoranturaya qəbul ola bilmirlər və həmin yerlər boş qalır. Ona görə də Azərbaycan ədəbi dilinin tarixini, mənşəyini, formalaşmasını, inkişafını tədqiq edən kadrlarımız demək olar ki, çox azdır.

Azərbaycan Respublikasının dövlət dili Azərbaycan dilidir. Bu dil ilə bağlı tədqiqatlara daha çox üstünlük verilməlidir. Bu sahə ilə bağlı tədqiqatların aparılmasına gənclərin marağı böyükdür. Təəssüf ki, doktoranturaya qəbul və minimum imtahanlarından keçə bilməyənlər tədqiqatlarını davam etdirə bilmirlər. Deməli, ingilis dilində tərtib edilən testlərin səviyyəsi bu ixtisası bitirənlərin bilikləri səviyyəsindədir. İngilis dilindən imtahan verilməsi vacibdir. Lakin sualların səviyyəsi narazılıq doğurur. Nəzərə almaq lazımdır ki, ingilis dili ixtisas fənn olmadığına görə bütün ali məktəblərdə eyni səviyyədə tədris edilmir.

- Cəmiyyəti maraqlandıran məsələ həm də adlarla bağlıdır. Son illər hansı yeni adların qoyulmasına icazə verilib?

- Yeni ad­la­rın ya­ran­ma­sı di­ldə da­vam edən pro­ses­dir. Bu pro­se­si dai­m iz­lə­mək, onları top­la­maq zə­ru­ri və­zi­fə­lər­dən­dir. Xü­su­si­lə lü­ğət­lər­də ad­la­rın or­foq­ra­fi­ya­sı nə­zə­rə alın­ma­lı və müx­tə­lif va­ri­ant­lar­da tə­ləf­füz olu­nan ad­lar va­hid qay­da­da ya­zıl­ma­lı­dır. Qanunvericiliyə əsasən, uşa­ğın mə­na­fe­yi­nə xə­ləl gə­ti­rə bi­lə­cək, ha­be­lə şəx­sin cin­si­nə uy­ğun gəl­mə­yən və ya gü­lünc adın qoyulmasına yol ve­ril­mir. Ona gö­rə də ad­la­rın qo­yul­ma­sı ic­ti­mai bir ha­di­sə ki­mi nə­za­rət­də sax­la­nı­lır. Hər bir kə­sə ad ve­ri­lər­kən qanunvericilik əsas gö­tü­rül­mə­li­dir.

Qey­diy­yat ida­rə­lə­rin­də şəxs ad­la­rı­nın mə­na­sı və or­foq­ra­fi­ya­sı ilə bağ­lı prob­lem­lə­rə Ad­lar və so­yad­lar Ko­mis­si­ya­sı tə­rə­fin­dən nə­za­rət edi­lir. Ha­zır­da qey­diy­yat ida­rə­lə­rin­də ad­la­rın ve­ril­mə­si və ya­zı­lı­şı ilə bağ­lı prob­lem­lər öz ak­tu­al­lı­ğı ilə se­çi­lir. Bu nə­zə­rə alı­na­raq Terminologiya Komissiyasında “Azər­bay­can şəxs ad­la­rı” lü­ğə­ti tər­tib edil­ib. Lü­ğət­də 12 min­dən ar­tıq şəxs adı­nın mə­na­sı, mən­şə­yi və or­foq­ra­fi­ya­sı mü­əy­yən­ləş­di­ril­ib. Lü­ğə­tin bi­rin­ci böl­mə­sin­də ki­şi, ikin­ci böl­mə­sin­də isə qız ad­la­rı­nın mənası, mənşəyi şərh olunub. Be­lə lü­ğət­lər­də mil­li şəxs ad­la­rı­nın mən­zə­rə­si da­ha dol­ğun, da­ha ay­dın əks olunur.

- Son illərdə valideynlərin övladlarına əcnəbi (əsasən ərəb, türk və ingilis) adların verilməsi hallarına da rast gəlinir. Komissiya bu tendensiyanı necə qiymətləndirir?

- Təc­rü­bə gös­tə­rir ki, düz­gün se­çil­mə­yən hər bir ad in­sa­na cə­miy­yət­də mənfi tə­sir edir, onu baş­qa­la­rı­nın ya­nın­da utan­dı­rır. Ad in­sa­na bir də­fə ve­ril­mə­li və bü­tün öm­rü bo­yu onu mü­şa­yi­ət et­mə­li­dir. Ona gö­rə də hər bir ad se­çi­lər­kən cid­di dü­şü­nül­mə­li və uğur­lu­su se­çil­mə­li­dir. Onun səs­lən­mə­si, ahəng­dar­lı­ğı, sa­də­li­yi və mə­na­sı diq­qət mər­kə­zin­də ol­ma­lı­dır.- Ad və soyad dəyişdirmə hallarında artım müşahidə olunurmu? İnsanlar daha çox hansı səbəbdən adını dəyişmək istəyir?

- Qeyd olunduğu kimi, şəxs ad­la­rı­nın əsas xü­su­siy­yət­lə­rin­dən bi­ri ic­ti­mai yer­lər­də, iş pro­se­sin­də, nitq­də baş­qa söz­lə­rə nis­bə­tən da­ha çox iş­lən­mə­si­dir. İn­san­lar ad­la bir-bi­ri­nə mü­ra­ci­ət edir­lər. Hər bir xü­su­si ad mil­li xü­su­siy­yə­tə ma­lik olub, şəx­sin han­sı mil­lə­tə aid ol­du­ğu­nu özündə ifadə etməlidir. Lakin valideynlər tərəfindən qoyulan adların dəyişdirilməsi ilə bağlı qeydiyyat idarələrinə daha çox müraciət olunur. Bu il bununla bağlı 300-dən çox müraciətə baxılıb. Gülüş doğuran, mənası aydın olmayan, orfoqrafik cəhətdən səhv yazılan bu adlar qeydiyyat idarələri tərəfindən dəyişdirilib.

- Qəbul olunmayan adlara aid illik statistika aparılırmı? Mümkünsə, son məlumatları verərdiniz.

- Adın se­çil­mə­sin­də əsas mə­su­liy­yət ata və ananın üzə­ri­nə dü­şür. Buna görə də ad seç­mə va­li­deyn­lə­rin mə­su­liy­yə­ti­ni da­ha da ar­tı­rır. Çün­ki va­li­deyn­lər tə­rə­fin­dən düşünülməmiş qo­yu­lan ad­lar, son­ra­dan öv­lad­lar tə­rə­fin­dən də­yiş­di­ril­mə­si­nə sə­bəb olur. Bu­nun mən­fi nə­ti­cə­si uşaq bo­ya-ba­şa ça­tan­dan son­ra da­ha çox diq­qə­ti cəlb edir. Ad­ seç­mə mə­sə­lə­si­nə eti­na­sız ya­naş­maq uşaq­la­rın hə­ya­tı­na mən­fi tə­sir edir. Tə­əs­süf ki, bir sı­ra va­li­deyn­lər müqəddəs və­zi­fə­lə­ri­ni, borclarını unu­da­raq aşa­ğı­da­kı ad­la­rı öv­lad­la­rı­na ve­rir­lər: Stə­kan, Şü­şə­bənd, Tür­mə, Candərd, Kə­niz, Kün­də, Kü­lək, Mə­lu­mat, Mey­xoş, Qaç­maz, Bü­töv, Rə­zil, Şi­ka­yət.

- Azərbaycan və xarici vətəndaşların nikahından doğulan uşaqlara həm Azərbaycan, həm də digər dillərdə - ikili adlar qoymaq istəyi ilə bağlı komissiyaya müraciətlər olurmu?

- İkili adların qoyulması ilə bağlı qeydiyyat idarələrinə müraciət olunur. Azərbaycan dilinin orfoqrafik qaydalarına uyğun olaraq iki şəxs adı­nın bir­ləş­mə­sin­dən əmə­lə gəl­miş ad­lar bi­ti­şik ya­zı­lır: Ba­la­hü­sən, Mə­həm­mə­də­li, Əb­dü­lə­ziz, Əli­hey­dər, Hə­sə­nə­li, Cə­fər­qu­lu, Qu­lam­hü­seyn, Nur­za­man, Nə­si­bə­li, Rza­pa­şa, İb­ra­him­xə­lil, Rza­sə­məd, Əb­dül­lə­tif və s.

Paylaş:
Digər xəbərlər

Sosial

1-08-2025, 13:29

Komissiya valideynlərin uşaqlara qoymaq istədiyi qəribə adları açıqlayıb

Cəmiyyət

1-08-2025, 13:18

Bu gün Azərbaycan Əlifbası və Dili Günüdür

Mədəniyyət

1-08-2024, 09:45

Bu gün Azərbaycan Əlifbası və Dili Günüdür

Cəmiyyət

22-05-2023, 10:32

DİM doktorantura və dissertanturaya xarici dil üzrə qəbul imtahanına qeydiy ...

Mədəniyyət

21-02-2023, 10:18

21 fevral - Beynəlxalq Ana Dili Günüdür

Hadisə
Sumqayıt şəhərində tonqalda baş berən partlayış zamanı xəsarət alanların kimliyi məlum olub - YENİLƏNİB-3
TƏCİLİ! Xəzər dənizindəki İran gəmiləri vuruldu
ABŞ-nin “Cerald R. Ford” aviadaşıyıcısı yanğın səbəbindən Kritə qayıdır
İran dronu Əbu-Dabidəki neft emalı zavoduna zərbə endirdi
Binəqədidə 9 mərtəbəli yaşayış binasında yanğın başlayıb
Ankarada həbsdən çıxan şəxs anasını, həyat yoldaşını, qızını və özünü öldürüb
Cəmiyyət
Dünən, 08:04
Bakının bir sıra küçələrində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
Dünən, 08:02
Paytaxtda 10 marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilir
22-03-2026, 10:36
FHN vətəndaşları bayramla əlaqədar yanğın təhlükəsizliyinə riayət etməyə çağırıb
22-03-2026, 10:28
Ötən gün axtarışda olan 34 nəfər saxlanılıb
20-03-2026, 18:52
Azərbaycana yaz fəsli daxil olub
20-03-2026, 04:23
Azərbaycanda 11 günlük bayram tətili başladı
Son xəbərlər
  • Bu gün, 09:32
    Kamran Əliyev onu vəzifədən AZAD ETDİ
  • Bu gün, 09:27
    Siqaret qaçaqmalçılığı cinayəti - Kapitan həbsdə qaldı
  • Dünən, 16:58
    Sahibə Qafarova: Azərbaycan-Çin münasibətləri dostluq, qarşılıqlı hörmət və dəstək üzərində qurulub
  • Dünən, 16:56
    İlham Əliyev Yunanıstanı milli bayram münasibətilə təbrik etdi
  • Dünən, 16:55
    Prezident İlham Əliyev “Abşeron” Batareya Enerji Saxlanc Mərkəzinin açılışında iştirak edib
  • Dünən, 16:51
    Cao Lıci: Azərbaycan və Çin arasında dostluq əlaqələri dərin köklərə əsaslanır
  • Dünən, 16:50
    DYP yağıntılı hava ilə bağlı əhaliyə xəbərdarlıq etdi
  • Dünən, 16:47
    Türkiyənin xarici işlər naziri Suriya və qətərli həmkarı ilə telefon danışıqları aparıb
  • Dünən, 08:32
    Şahbaz Şərif: Pakistan danışıqlara ev sahibliyi etməyə hazırdır
  • Dünən, 08:30
    Müdafiə Nazirliyinin rəhbərliyi hərbi hospitalda olub
  • Dünən, 08:28
    Kim Çen In: Hər zaman Moskvanın yanındayıq
  • Dünən, 08:25
    Nazir italiyalı həmkarı ilə görüşdü
  • Dünən, 08:13
    Ərdoğandan sərt mesaj: “Bu, Netanyahunun sağ qalma müharibəsidir – dünya bədəl ödəyir”
  • Dünən, 08:08
    Araqçi: “Ədalət artıq yoxdur"
  • Dünən, 08:04
    Bakının bir sıra küçələrində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
  • Dünən, 08:02
    Paytaxtda 10 marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilir
  • 24-03-2026, 11:32
    Deputat Asif Əsgərov şəhid ailəsini ziyarət etdi
  • 24-03-2026, 11:09
    Xəzər dənizi bölgəsində təhlükəsizlik 2 nazirin müzakirə mövzusu oldu
  • 24-03-2026, 11:06
    NDU-nun 6 milyonluq satınalma dosyesi: Elbrus İsayevin rektorluğu dövründə xərclənən vəsaitlər haraya gedib? – ARAŞDIRMA
  • 24-03-2026, 11:00
    Prezident Şamaxı Avropa liseyinin yeni binasının açılışında iştirak etdi
  • 24-03-2026, 10:59
    Çin Sədri lham Əliyevi təbrik etdi
  • 24-03-2026, 10:57
    Braziliya Azərbaycana təşəkkür etdi
  • 24-03-2026, 10:55
    "Şamaxı ölkəmizin turizm mərkəzlərindən birinə çevrilib" - Dövlət başçısı
  • 24-03-2026, 10:54
    Azərbaycanlı alimə Rusiyada "Əməkdar elm xadimi" adı verildi
  • 23-03-2026, 09:17
    6 ay gecikən bonuslar: Həkimlərin haqqını kim ödəmir?
  • 23-03-2026, 09:07
    İran Qətərdə zavodu vurdu
  • 23-03-2026, 09:05
    “İradəmizi sındıra bilməzsiniz” – Pezeşkianın Trampa cavabı
  • 23-03-2026, 09:00
    Sahibə Qafarova, Samir Şərifov... - II İlyanın dəfnindən
  • 23-03-2026, 08:48
    Kim Çen In yenidən KXDR Dövlət İşləri üzrə sədr seçilib
  • 23-03-2026, 08:43
    Şahbaz Şərif Rusiyada Putinlə görüşəcək
  • 23-03-2026, 03:07
    SEPAH komandanı Azərbaycanla sərhədə gəldi
  • 23-03-2026, 02:57
    Eldar Əzizov Suraxanıya getdi – Töhmət verdiyi icra başçısıyla görüşdü
  • 23-03-2026, 02:55
    Dövlət Gömrük Komitəsində yeni təyinat
  • 23-03-2026, 02:53
    Azərbaycanda nə vaxtdan sürücüsüz nəqliyyat vasitələrini görmək mümkün ola bilər?
  • 22-03-2026, 11:53
    Sumqayıt şəhərində tonqalda baş berən partlayış zamanı xəsarət alanların kimliyi məlum olub - YENİLƏNİB-3
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Təsisçi: Amil Əliyev
  • Tel: (+99450) 227 24 22
  • Ana səhifə
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Sosial
  • Dünya
  • İdman
  • Mədəniyyət
  • Bölgə
  • Müsahibə
  • Texnologiya
Müəllif hüquqları qorunur. Memur.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Yükləmə gedir gözləyin...