Zelenski İstanbul görüşündə iştirak edəcək Ukrayna heyətinin tərkibini təsdiqləyib
Sosial
Dünən, 10:51
4

“Report” xəbər verir ki, bu barədə Ukrayna KİV-i prezidentin imzaladığı müvafiq fərmana istinadən məlumat yayıb.
Bununla yanaşı, dövlət başçısı Rusiya ilə danışıqlarda iştirak edəcək Ukrayna nümayəndə heyətinin tərkibini 12 nəfərdən 14 nəfərə qədər genişləndirib.
İyulun 23-də İstanbulda keçirilməsi planlaşdırılan Ukrayna və Rusiya nümayəndə heyətlərinin görüşündə Ukrayna nümayəndə heyətinə Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi başçılıq edəcək.
Bundan əvvəl V.Zelenski yeni əsir mübadiləsinə hazırlıq getdiyini, görüşün gündəliyinin və Ukrayna üçün əsas mövzuların razılaşdırıldığını bildirib.