Azərbaycandan I yarımildə Qazaxıstana 49 min ölkə vətəndaşı səfər edib - EKSKLÜZİV
Sosial
22-07-2025, 16:08
8

Bu barədə "Report"un yerli bürosunun sorğusuna cavab olaraq Qazaxıstan Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib.
Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 1 299 nəfər və yaxud 2,7 % çoxdur.
"Yanvar-iyun aylarında Qazaxıstanı 48 479 Azərbaycan vətəndaşı tərk edib, 2024-cü ilin eyni dövründə bu rəqəm 47 552 nəfər olub", - qurumdan əlavə ediblər.
Müvəqqəti daxili işlər naziri vəzifəsini icra edən Baurjan Alenovun məlumatına görə, I yarımildə Qazaxıstana 7,5 milyon əcnəbi daxil olub, 7,2 milyon nəfər isə ölkəni tərk edib.