“Reuters”: Tramp ilk dəfə Kiyevə silah vermək hüququndan istifadə edə bilər » Memur.az

“Reuters”: Tramp ilk dəfə Kiyevə silah vermək hüququndan istifadə edə bilər

“Reuters”: Tramp ilk dəfə Kiyevə silah vermək hüququndan istifadə edə bilərABŞ Prezidenti Donald Tramp bu ilin yanvarında hakimiyyətə gələndən bəri ilk dəfə Ukraynaya silah vermək üçün fövqəladə səlahiyyətlərindən istifadə edə bilər.

“Report”un məlumatına görə, bu barədə “Reuters” agentliyi iki mənbəyə istinadən xəbər verib.

Söhbət “Presidential Drawdown Authority” (PDA) adlı səlahiyyətlər çərçivəsində silahların ötürülməsindən, yəni birbaşa Pentaqon anbarlarından silahların göndərilməsindən gedir. Agentliyin həmsöhbətlərindən birinin verdiyi məlumata görə, hərbi yardımın həcmi 300 milyon dollara çata bilər.

“Reuters”in mənbələrinin sözlərinə görə, Vaşinqtonun Kiyevə dəqiq nə göndərə biləcəyi barədə son qərarın hələ qəbul etməməsinə baxmayaraq, paketə “Patriot” ZRK və orta mənzilli hücum raketləri paketə daxil ola bilər. Agentliyin məlumatına görə, bundan əvvəl hazırkı Amerika administrasiyası Ukraynaya yalnız Ağ Evin əvvəlki rəhbəri Cozef Bayden tərəfindən təsdiqlənmiş silahlar verirdi.