BƏƏ prezidenti Paşinyanla görüşüb
Sosial
Dünən, 09:36
5

Bu barədə "Report" Ermənistan baş nazirinin aparatının informasiya və ictimaiyyətlə əlaqələr departamentinə istinadən məlumat verir.
Məlumata görə, tərəflər Azərbaycan-Ermənistan sülh prosesi ilə bağlı fikir mübadiləsi aparıblar.
Şeyx Məhəmməd bin Zayed Al Nəhyan Azərbaycan və Ermənistan arasında sülh sazişi layihəsinin razılaşdırılmasını alqışlayıb və onun tezliklə imzalanacağına ümid etdiyini bildirib.
Paşinyan qeyd edib ki, Ermənistan regional sabitlik və beynəlxalq təhlükəsizlik kontekstində BƏƏ-nin rolunu yüksək qiymətləndirir.