İran Prezidenti: ECO-nun potensialı region ölkələrinin inkişafına kömək edə bilər
Sosial
Bu gün, 14:17
3

“Report”un Xankəndinə ezam olunmuş əməkdaşı xəbər verir ki, bunu İran Prezidenti Məsud Pezeşkian İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 17-ci Zirvə görüşündə bildirib.
Onun sözlərinə görə, qonşuluq siyasəti İranın iqtisadi diplomatiyası üçün prioritet olaraq qalır:
“Bizim üçün ECO qonşularla əməkdaşlığın həyata keçirildiyi təşkilatdır və bu baxımdan o, çoxtərəfli iqtisadi diplomatiyamızda ön planda dayanır. ECO-nun potensialı və imkanları region ölkələrinin və bütün regionun inkişafına, rifahına və çiçəklənməsinə kömək edə bilər”.