KİV: Səudiyyə Ərəbistanının müdafiə naziri Trampla gizli görüş keçirib
Sosial
Bu gün, 09:15
3

"Report"un məlumatına görə, bu barədə "Fox News" telekanalı öz mənbələrinə istinadən xəbər verib.
Bildirilir ki, danışıqlar yalnız İsraillə münasibətlərin normallaşdırılmasına həsr olunmayıb, lakin tərəflər bu istiqamətdə lazımi addımları müzakirə ediblər.
Bundan əlavə, görüşdə İran münaqişəsinin həlli və İslam Respublikasının nüvə proqramı ilə bağlı danışıqların bərpası, həmçinin Qəzza zolağında hərbi əməliyyatların dayandırılması və HƏMAS tərəfindən hələ də saxlanılan girovların azad edilməsi perspektivləri müzakirə olunub.