Tramp Netanyahunu iyulun 7-də Ağ Evdə qəbul edəcək
Sosial
1-07-2025, 09:47
27
“Report” xəbər verir ki, bu barədə “Associated Press” xəbər agentliyi, həmçinin “Axios”un müxbiri Barak Ravid məlumat yayıb.
Amerika və İsrail liderləri arasında gözlənilən görüşün gündəliyi hələlik təfərrüatlı şəkildə açıqlanmayıb. Bununla belə, tərəflərin ilk növbədə İran və Qəzza zolağı ətrafındakı vəziyyəti müzakirə edəcəyi gözlənilir.
