Adil Kərimli Lerikdə vətəndaşları qəbul edəcək
Sosial
30-06-2025, 10:31
31
Nazirlikdən "Report"a verilən xəbərə görə, qəbul iyulun 11-i saat 10:00-da Lerik rayon Mədəniyyət Mərkəzində olacaq.
Həmin tarixdə Lənkəran şəhəri, Lerik, Astara, Masallı, Yardımlı, Cəlilabad rayonlarından olan vətəndaşların müraciətləri dinləniləcək.
Vətəndaşlar iyulun 7-dək nazirliyin info@culture.gov.az elektron poçt ünvanı, (012) 493-43-98 telefon nömrəsi vasitəsilə müraciət etməklə qəbula yazıla bilərlər.
