Gürcüstanın daxili işlər naziri Ermənistana səfərə yollanıb » Memur.az

Gürcüstanın daxili işlər naziri Ermənistana səfərə yollanıb

Gürcüstanın daxili işlər naziri Ermənistana səfərə yollanıbGürcüstan daxili işlər naziri Gela Geladze Ermənistana rəsmi səfərə yollanıb.

“Report” xəbər verir ki, bu barədə Gürcüstan KİV-ləri məlumat yayıb.

O, İrəvanda Ermənistanın baş naziri Nikol Paşinyan və daxili işlər naziri Arpine Sarkisyan ilə görüşəcək.

Tərəflər iki ölkənin hüquq-mühafizə orqanları arasında əməkdaşlığın dərinləşdirilməsi məsələlərini, həmçinin regionda sülh və sabitliyin qorunmasının vacibliyini müzakirə edəcəklər.