Prezidentin nümayəndəsi: Bu il Xəzəryanı ölkələrin ekologiya nazirlərinin görüşü keçirilə bilər
Sosial
29-05-2025, 16:28
47
Bu barədə “Report”un Qazaxıstan bürosuna Azərbaycan Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi Muxtar Babayev bildirib.
M.Babayevin sözlərinə görə, görüşün dəqiq vaxtı hələ müəyyən edilməyib.
Azərbaycan Prezidentinin nümayəndəsi əlavə edib ki, Xəzər dənizinin çirklənməsinin monitorinqi və qiymətləndirilməsi üzrə Tehran Konvensiyası çərçivəsində işçi qrupun növbəti görüşünün də keçirilməsi planlaşdırılır.
