Rumıniya XİN: Rusiya prezident seçkilərinə müdaxilə edib
Sosial
19-05-2025, 09:19
12

“Report” xəbər verir ki, rəsmi şəxs bu barədə “X”dəki səhifəsində yazıb.
"Rumıniyada davam edən prezident seçkiləri zamanı biz yenidən Rusiyanın müdaxilə əlamətlərini görürük", - Çernya bildirib.
Onun sözlərinə görə, seçki prosesinə təsir göstərmək üçün teleqram messencerində yalan xəbərlər kampaniyası başlanıb.
Qeyd edək ki, mayın 18-də Rumıniyada prezident seçkilərinin ikinci turu keçirilib. Yerli vaxtla saat 19:00-a (Bakı vaxtı ilə saat 20:00) olan məlumata görə, 9 milyondan çox insan səs verib ki, bu da adları seçici siyahılarında olanların 50,96 %-ni təşkil edir.