Bu gün Əfv Komissiyasının 2025-ci il üçün sonuncu iclası keçiriləcək
Sosial
16-05-2025, 10:59
36

Bu barədə "Report"a Əfv Komissiyasının üzvü, deputat Fazil Mustafa məlumat verib.
O bildirilib ki, bu gün komissiyanın bu il üçün sonuncu iclası keçiriləcək:
"İclasda komissiyaya daxil olan yeni müraciətlərə baxılaraq yekun vurulacaq. Müsbət rəy verilənlərin siyahısı ölkə Prezidentinə təqdim ediləcək".
Qeyd edək ki, Əfv Məsələləri Komissiyasının 2025-ci il üzrə 6 iclası olub və 700-dən çox müraciətə baxılıb.
Xatırladaq ki, Əfv Məsələləri Komissiyasının iclaslarının nəzərdə tutulan əfvlə bağlı keçirildiyi bildirilir.