CAR-ın vitse-prezidenti: ABŞ-nin istəklərindən asılı olmayaraq, G20 sammitinə ev sahibliyi edəcəyik » Memur.az

CAR-ın vitse-prezidenti: ABŞ-nin istəklərindən asılı olmayaraq, G20 sammitinə ev sahibliyi edəcəyik

CAR-ın vitse-prezidenti: ABŞ-nin istəklərindən asılı olmayaraq, G20 sammitinə ev sahibliyi edəcəyikCənubi Afrika Respublikası (CAR) ABŞ-nin xoşuna gəlsə də, gəlməsə də, bu ilin payızında G20-nin uğurlu sammitinə ev sahibliyi edəcəyinə əmindir.

"Report"un SABC radiostansiyasına istinadən verdiyi xəbərə görə, bu mövqeyi ölkənin vitse-prezidenti Pol Maşatil ifadə edib.

"Biz bu il çox uğurlu G20 toplantısını gözləyirik, baxmayaraq ki, ABŞ iştirak edə bilməyəcəyini bildirib". “Biz (ABŞ-nin) xoşuna gəlsə də, istəməsə də, sammitin uğurlu olmasını təmin etmək üçün çalışırıq”, - o, bazar ertəsi Pretoriyada yerli biznesmenlərlə görüşdə deyib.

Qeyd edək ki, Cənubi Afrika Respublikasının sədrliyi ilə noyabrın 22-də Yohannesburqda G20 sammiti başlayacaq. Burada həm G20-yə daxil olan dövlətlərinin liderlərinin, həm də bir sıra inkişaf etməkdə olan ölkələrin rəhbərlərinin iştirak edəcəyi gözlənilir. Apreldə ABŞ Prezidenti Donald Tramp Cənubi Afrika Respublikasında keçiriləcək G20 sammitində iştirak etməyəcəyini açıqlayıb.

1 dekabr 2024-cü ildən G20-yə sədrlik CAR-a keçib. 30 noyabr 2025-ci ildə G20-yə sədrlik ABŞ-yə keçəcək.