Ukrayna XİN: Kiyev ABŞ-lə nadir torpaq mineralları üzrə sazişi tez imzalamaq istəyir
Sosial
29-04-2025, 10:16
11

“Report” xəbər verir ki, bunu “X” sosial şəbəkəsində Ukrayna Xarici İşlər Nazirliyinin sözçüsü Georgi Tıxin bildirib.
O, Kiyevin sazişin imzalanmasında maraqlı olduğunu vurğulayıb: “Müqaviləni təsdiqləmək üçün hər iki tərəf üçün məqbul və faydalı olan şərtlər, eləcə də təfərrüatlar üzrə razılaşma lazımdır. Sənəd üzərində işləyən hər iki tərəfin komandaları müəyyən irəliləyiş əldə ediblər. O cümlədən, niyyət memorandumu imzalanıb. Müqavilə üzərində iş hər gün davam edir”.