Ərdoğan Türkiyə ilə Azərbaycan arasında miqrasiya sahəsində əməkdaşlıq sazişini təsdiqləyib
Sosial
10-02-2025, 13:29
78

“Report” xəbər verir ki, bu barədə “Resmi Gazete” məlumat yayıb.
Bildirilib ki, bu sənəd Azərbaycan və Türkiyə arasında 2024-cü il martın 6-da Ankarada imzalanıb.
Bundan başqa, Rəcəb Tayyib Ərdoğan Türkiyə ilə Qabon arasında “Türkiyə Respublikası Hökuməti və Qabon Respublikası Hökuməti arasında Diplomatik Nümayəndəliklər üçün Torpaqların Mübadiləsi haqqında Protokol”u da təsdiqləyib.
Hər iki sənəd imzalandığı gündən qüvvəyə minib.