Pakistan İslam Respublikasının Prezidenti Asif Əli Zərdari fevralın 4-dən 8-dək Çində dövlət səfərində olacaq.
“Report” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Çinin Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.
XİN qeyd edib ki, Pakistan lideri Çinə Sədr Si Szinpinin dəvəti ilə gələcək.