İlham Əliyev: Azərbaycan TDT-nin möhkəmlənməsi istiqamətində səylərini bundan sonra da davam etdirəcək
Sosial
6-11-2024, 14:19
40

"Report" xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev Türk Dövlətləri Təşkilatının Dövlət Başçıları Şurasının iclasında çıxışı zamanı səsləndirib.
İyul ayında Şuşa şəhərində keçirilmiş Dövlət başçılarının ilk qeyri-rəsmi Zirvə Görüşü zamanı imzalanmış Qarabağ Bəyannaməsinin əməkdaşlığın daha da dərinləşməsinə töhfə verdiyini bildirən Prezident İlham Əliyev qeyd edib: “Azərbaycan Türk Dövlətləri Təşkilatının möhkəmlənməsi istiqamətində səylərini bundan sonra da davam etdirəcək”.