• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ana səhifə
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Sosial
  • Dünya
  • İdman
  • Mədəniyyət
  • Bölgə
  • Müsahibə
  • Texnologiya
  • Ana səhifə
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Sosial
  • Dünya
  • İdman
  • Mədəniyyət
  • Bölgə
  • Müsahibə
  • Texnologiya

Azərbaycanın hərbi-siyasi qələbəsi: 27 sentyabrdan başlanan Zəfər yolu - ANALİZ

Sosial

27-09-2024, 12:09

Azərbaycanın hərbi-siyasi qələbəsi: 27 sentyabrdan başlanan Zəfər yolu - ANALİZ27 sentyabr Azərbaycan üçün xüsusi tarixi gündür. Əslində bu tarixin əhəmiyyəti təkcə ölkə sərhədləri ilə məhdudlaşmır, həm də regional əhəmiyyətlidir. Çünki dörd il əvvəl Azərbaycanın Ermənistanın davam edən həyasızlığına, ATƏT-in Minsk qrupunun həmsədrlərinin susqunluğuna, hərəkətsizliyinə cavab olaraq təkbaşına öz işini görməyə qərar verdi: torpaqların azadlığı üçün müharibəyə başladı.

Qeyd etmək yerinə düşər ki, həmin ərəfədə Ermənistan hərbi və siyasi təxribatlarını intensivləşdirmişdi. Rəsmi Bakı davam edən bu sabotajlara sonadək dözümlü yanaşa bilməzdi. Beləliklə, İkinci Qarabağ müharibəsi əslində həm də Ermənistanın və onun havadarlarının provokasiyalarına cavab idi.

Prezident, Ali Baş Komandan İlham Əliyev ilk gündən etibarən 44 günlük döyüşlərə şəxsən rəhbərlik etdi. Dövlət başçısının 44 gün ərzində sosial şəbəkə hesablarındakı paylaşımları, xalqa müraciətləri, həmçinin yerli və xarici KİV-ə müsahibəsində səsləndirdiyi fikirlər ictimai rəyin qorunmasına kömək etməklə yanaşı, eyni zamanda Azərbaycana qarşı ittihamların qarşısını aldı. Rəsmi Bakını saxta iddialarla suçlamaq istəyənlərin arzuları ürəklərində qaldı.İkinci Qarabağ müharibəsi əslində bir çox sahədə yeni tendensiyalarla yadda qaldı. 44 günlük müharibə media konteksindən tədqiq edildi, “dron jurnalistikası” termini meydana gəldi, Vətən savaşı, aparılan əməliyyatlar özünün unikallığı ilə dünya hərb tarixinə düşdü. Ən vacibi isə odur ki, İkinci Qarabağ müharibəsi nəticəsində regionda, dünyada yeni reallıqlar yarandı. 30 illik sterotiplər dağıdıldı. Elə buna görə də deyirik ki, İkinci Qarabağ müharibəsi regional və qlobal əhəmiyyətli hadisə idi.

Məhz 27 sentyabrdan sonra davam edən 44 gün ərzində bir çox beynəlxalq gücün regionla bağlı planları alt-üst edildi. Belə ki, Minsk qrupunun həmsədrləri 30 il ərzində bölgədə ədalətli sülhü çoxdan təmin edərdilər. Heç müharibəyə ehtiyac da olmazdı. Amma bunu istəmədilər. Səbəb isə sadədir: Çünki həmsədrlərə, xüsusilə onlardan ikisinə - ABŞ və Fransaya bölgədə sabitlik sərf etmirdi. Başa düşürdülər ki, Qarabağ düyününün açılması kənar güclərin regiona müdaxiləsinin qarşısının alınması deməkdir. Bu, bəzi dövlətləri sərf etmirdi. Ona görə də sadəcə bölgəyə turistik səfərlər edirdilər.

Rəsmi Bakı 30 il ərzində səbr etməklə, beynəlxalq ictimaiyyətə şans verməklə yanaşı, həm də özünün hərbi potensialını gücləndirdi. Azərbaycan müxtəlif dövlətlərlə diplomatik münasibətləri qaydasına salmaqla əlverişli geosiyasi şəraitin yaranmasını tələb etdi.

44 günlük savaş ərzində Azərbaycan Ermənistanın havadarlarına mesaj verməklə yanaşı, həm də Minsk qrupunun işini gördü. İkinci Qarabağ müharibəsi təkcə tarixi ədalətin deyil, həm də beynəlxalq hüququn təmin olunması idi. Vətən savaşı nəticəsində həm də beynəlxalq təşkilatların ikili standartları, qərəzli və riyakar mövqeləri ifşa edildi. Yeni tarix yazıldı.

İkinci Qarabağ müharibəsindən sonra bölgədə baş verən proseslər yeni tarixin davamı idi. Belə ki, noyabrın 9-da Rusiyanın vasitəçiliyi ilə üçtərəfli bəyanat imzalandı. Beləliklə, Ermənistanın məğlubiyyəti rəsmən elan edildi. Ardınca Azərbaycan qalib tərəf olmasına baxmayaraq tarixdə az görünən humanistlik etdi: Ermənistana sülh əli uzatdı.2023-cü ilin sentyabrında həyata keçirilən bir günlük antiterror tədbirləri nəticəsində Qarabağdakı separatçı rejimin varlığına son qoyuldu. İrəvanla Bakı arasında birbaşa təmaslar başlandı. Müşahidələr, təhlillər onu deməyə əsas verir ki, birbaşa təmaslar daha effektivdir, nəinki vasitəçilərin səyi. Çünki vasitəçilik iddiasında olan güclərin hər biri yalnız öz maraqlarını düşünürlər.

Nəticə etibarı ilə 27 sentyabrdan başlanan yol Azərbaycanın hərbi-siyasi qələbəsidir. Bu qələbə nəticəsində bölgədə yeni reallıqlar yaranıb. Yeni reallıqlar isə Cənubi Qafqazda sülh və sabitliyin təmin olunmasını, həmçinin sülh sazişinin imzalanmasını zərurətə çevirir. Bunun üçün rəsmi Bakının əsas tələbi Ermənistanın konstitusiyasını dəyişməsi, Azərbaycana qarşı ərazi iddialarından əl çəkməsidir. Ermənistan baş naziri Nikol Paşinyan sentyabrın 26-da ABŞ-da BMT Assambleyasının 79-cu sessiyasında çıxışı zamanı buna hazır olduğunu deyib. Onun nə qədər səmimi olduğunu isə zaman göstərəcək.

Hər halda Azərbaycan sülh istəyir. Ancaq sülh bu gün daha çox Ermənistana lazımdır. Əgər rəsmi İrəvan Bakının uzatdığı sülh əlini tutmaq əvəzinə, hərbi-siyasi təxribatlarını davam etdirərsə, Azərbaycan yenə dəmir yumruğu havaya qaldıra bilər. Prezident İlham Əliyevin dediyi kimi, Azərbaycanla təhdid dilində heç kim danışa bilməz.

Paylaş:
Digər xəbərlər

Sosial

5-04-2024, 14:46

Fuad Hüseynəliyev: “Cənubi Qafqazın təhlükəsizliyini Azərbaycanın iştirakı ...

Siyasət

8-11-2022, 18:12

Zəfərin qazanılmasında İlham Əliyev amili – ŞƏRH

Hadisə
Qazaxıstanın Nəqliyyat Nazirliyi AZAL-ın təyyarəsinin qəzaya uğraması ilə bağlı istintaqı davam etdirir
Bakıda evdə yanğın olub, mənzil sahibinin meyiti aşkarlanıb
Bakıda silahlı İNSİDENT: Ölən və yaralanan VAR
SON DƏQİQƏ: Türkiyəyə məxsus neft tankeri DRONLA VURULDU
Sumqayıt şəhərində tonqalda baş berən partlayış zamanı xəsarət alanların kimliyi məlum olub - YENİLƏNİB-3
TƏCİLİ! Xəzər dənizindəki İran gəmiləri vuruldu
Cəmiyyət
6-05-2026, 11:00
Bu gündən uşaqların I sinfə qəbulu başlayır
1-05-2026, 16:27
"Bakı Marafonu 2026" ilə əlaqədar bəzi yollarda hərəkət tam məhdudlaşdırılacaq
19-04-2026, 14:40
Sabah Bakıya yağış, bəzi rayonlara qar yağacaq, dolu düşəcək
18-04-2026, 09:45
Bu gündən Kürdəmir dəmiryol stansiyası istifadəyə verilib
16-04-2026, 09:09
Bu gün Maştağa və Ramanada işıq kəsiləcək
15-04-2026, 09:33
Xəzər dənizində zəlzələ olub
Son xəbərlər
  • Dünən, 10:35
    Dövlət və hökumət rəsmiləri Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət ediblər
  • Dünən, 10:33
    Ombudsman: Ulu Öndər Heydər Əliyevin hüquq siyasətində insan amili daim mərkəzdə dayanıb
  • Dünən, 09:21
    İlham Əliyev: Ümummilli Lider Heydər Əliyev bugünkü Azərbaycanı görsəydi, şad olardı
  • Dünən, 09:16
    Mehriban Əliyeva: Dahi şəxsiyyətin nurlu, əziz xatirəsi qəlbimizdə daim yaşayacaqdır
  • Dünən, 09:13
    Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümüdür
  • 9-05-2026, 11:45
    Yol polisi qeyri-iş günləri ilə bağlı hərəkət iştirakçılarına müraciət edib
  • 9-05-2026, 11:44
    Kiyevdə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü qeyd edilib
  • 9-05-2026, 11:42
    Hərbi Prokurorluq Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunan tədbir keçirib
  • 9-05-2026, 11:40
    Mehriban Əliyeva faşizm üzərində qələbənin ildönümü münasibətilə paylaşım edib
  • 9-05-2026, 11:37
    Bu gün faşizm üzərində qələbənin ildönümüdür
  • 8-05-2026, 10:53
    Azərbaycan və Çili arasında siyasi məsləhətləşmələr aparılıb
  • 8-05-2026, 10:51
    Kamran Əliyev: Dünyada və regionda baş verən proseslər narahatlıq doğurur
  • 8-05-2026, 10:50
    Şahin Bağırov: "Gömrük orqanlarında müasir texnoloji nailiyyətlərdən istifadə istiqamətində addımlar atılır"
  • 8-05-2026, 10:49
    Şəhid ailələri Türkiyənin Çanaqqala şəhərini ziyarət edib
  • 8-05-2026, 10:47
    Azərbaycan ilə Malayziya arasında daha dərin əməkdaşlıq imkanları araşdırılır
  • 8-05-2026, 10:46
    Azərbaycan-Tacikistan münasibətlərinin cari vəziyyəti müzakirə olunub
  • 8-05-2026, 10:45
    "Xatəm əl-Ənbiya": ABŞ bilməlidir ki, İran istənilən hücuma sarsıdıcı cavab verəcək
  • 7-05-2026, 16:04
    Vilayət Eyvazov İmişlidə vətəndaş qəbulu və sıra baxışı keçirib
  • 7-05-2026, 16:02
    Azərbaycan və Monqolostan Baş prokurorluqları arasında anlaşma memorandumu imzalanıb
  • 7-05-2026, 11:13
    Yusif Abdullayev: "Azərbaycan IsDB Qrupunun bir sıra təşəbbüslərinə cəlb olunub"
  • 7-05-2026, 11:13
    Balakən kanat yolunun inşasına başlanılıb
  • 7-05-2026, 11:12
    ICIEC: Azərbaycanda investisiya və tərəfdaşlıq üçün perspektivli mühit var
  • 7-05-2026, 11:11
    Azərbaycan və Almaniya nəqliyyat sahəsində əməkdaşlığı genişləndirir
  • 7-05-2026, 11:11
    Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana alüminium və taxıl göndərilib
  • 7-05-2026, 11:10
    Sahibə Qafarova Monteneqroda işgüzar səfərdədir
  • 7-05-2026, 11:09
    İran Hörmüz boğazındakı gəmilərin kapitanlarına müraciət edib
  • 7-05-2026, 11:09
    İran Yaxın Şərqdə ABŞ-nin təxminən 230 hərbi obyektinə və texnikasına zərbə endirib
  • 6-05-2026, 11:28
    Azərbaycan Moldovanın üzümçülük və şərabçılıq sahəsində təcrübəsində maraqlıdır
  • 6-05-2026, 11:09
    Muxtar Babayev: "Müxtəlif regionlardakı münaqişələr ətraf mühitə əlavə təzyiq yaradır"
  • 6-05-2026, 11:08
    Van İ Pekində Abbas Əraqçi ilə regiondakı vəziyyəti müzakirə edib
  • 6-05-2026, 11:07
    Azərbaycan BMT-də miqrasiya üzrə İsveçlə birgə bəyanat təqdim edəcək
  • 6-05-2026, 11:07
    ABŞ Peşəvərdəki Baş konsulluğunu tədricən bağlayacaq
  • 6-05-2026, 11:02
    Azərbaycandan tranzit keçməklə Ermənistana gübrə və taxıl göndəriləcək
  • 6-05-2026, 11:01
    Azər Bayramov: "Kənd təsərrüfatında əsas prioritet emal prosesidir"
  • 6-05-2026, 11:00
    Bu gündən uşaqların I sinfə qəbulu başlayır
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Təsisçi: Amil Əliyev
  • Tel: (+99450) 227 24 22
  • Ana səhifə
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Sosial
  • Dünya
  • İdman
  • Mədəniyyət
  • Bölgə
  • Müsahibə
  • Texnologiya
Müəllif hüquqları qorunur. Memur.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Yükləmə gedir gözləyin...