Ərdoğan: “Son beş gündə Suriya və İraqda 114 hədəf vurulub, 78 terrorçu zərərsizləşdirilib”
Sosial
17-01-2024, 09:22
167

Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin iclasından sonrakı çıxışında deyib.
“620 mindən çox suriyalı terrordan azad edilən ərazilərə qaytarılıb. Sərhədlərimizdən kənarda hərbi mövcudluğumuz həm ölkəmizin, həm də vətəndaşlarımızın təhlükəsizliyi üçün böyük əhəmiyyət kəsb edir. Türkiyə separatçı terror təhlükəsini mənbəyində qurudacaq. Ölkəmizin belə bir fəlakətlə üzləşməsinə icazə verə bilmərik”, - o qeyd edib.
Mənbə: TRT