Səfir: “Qazaxıstan Cənubi Qafqazda kommunikasiyaların açılmasında maraqlıdır” » Memur.az

Səfir: “Qazaxıstan Cənubi Qafqazda kommunikasiyaların açılmasında maraqlıdır”

Səfir: “Qazaxıstan Cənubi Qafqazda kommunikasiyaların açılmasında maraqlıdır”“Qazaxıstan Cənubi Qafqazda kommunikasiyaların açılmasında maraqlıdır”.

Bu barədə “Report”un sualını cavablandıran Qazaxıstanın Azərbaycandakı səfiri Alim Bayel jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, Azərbaycan, Gürcüstan və Ermənistan səmərəli əməkdaşlıq qurmalıdırlar:

“Bu, bizim üçün, Mərkəzi Asiya ölkələri üçün və regionda sülhün olması üçün vacibdir”.
Səfir vurğulayıb ki, indi regionda sədd və maneələr qurmaq yox, mümkün qədər çox rabitə və marşrutlar açmaq lazımdır:

“Mərkəzi Asiyanın dünya okeanlarına və dənizlərinə çıxışı yoxdur, ona görə də bütün nəqliyyat və logistika marşrutlarının şaxələndirilməsi bizim üçün vacibdir. Biz Orta Dəhlizin inkişafı üzərində, həmçinin, Azərbaycan kimi Şimal-Cənub dəhlizi istiqamətində çalışırıq. Biz məhsullarımızı Pakistan üzərindən Çinə daşıyıb ixrac edirik. Bütün marşrutlar bizim üçün önəmlidir”.